Əsgəran

Azərbaycanın Xocalı rayonunda qəsəbə

ƏsgəranAzərbaycan Respublikasının Xocalı rayonunun Əsgəran qəsəbə inzibati ərazi dairəsində qəsəbə.[1]

Qəsəbə
Əsgəran
39°56′12″ şm. e. 46°49′58″ ş. u.
Ölkə Azərbaycan
RegionQarabağ iqtisadi rayonu
RayonXocalı
Tarixi və coğrafiyası
Əsası qoyulub1751
Mərkəzin hündürlüyü512 m
Saat qurşağıUTC+4
Əhalisi
Əhalisi2.300 nəfər (2015)
Rəsmi diliAzərbaycan dili
Rəqəmsal identifikatorlar
Telefon kodu+994 26
Nəqliyyat kodu26
Xəritəni göstər/gizlə
Əsgəran xəritədə
Əsgəran
Əsgəran
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Qarabağ 1856 Əsgəran

Əsgəran qəsəbəsi Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 1992-ci ildə işğal olunub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Əsgəran qəsəbəsi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir.

19-20 sentyabr 2023-cü il tarixində Qarabağda həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycan Ordusu Əsgəran qəsəbəsinə nəzarəti ələ keçirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xocalı rayonunun Əsgəran qəsəbəsində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.[2][3]

Tarixi

Əsgəran qalası

Azərbaycan türkcəsində Əski Aran yəni köhnə, qədim Aran və ya Arran anlamına gələn Əsgəran qəsəbəsi Xocalı rayonununda qəsəbədir. Qarqarçayın sahilindədir. Bu şəhərin adı XVIII əsrdə Qarabağ xanlarından birinin (Pənahəli xan və ya Mehrəli bəy) tikdirdiyi Əsgəran qalasının adındandır. Qala keçmişdə Əsgəran adlanan yerdə tikilmişdir. Yerin adı isə qədim mənbələrdən məlum olan əski (köhnə, qədim) və Aran (Arran toponimi) komponentlərindən ibarət olub, "Köhnə Aran, Qədim Aran) mənalarını özündə daşıyır. "Alban tarixi" əsərində bu yerin adı Mets Aran (Böyük Aran) kimi qeyd edilmişdir[4].

Əhali

İlSayı
1970667
19892.024
20051.967

2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən, Əsgəran şəhərinin əhalisinin faktiki sayı 1057 nəfər, qeydiyyatdakı əhalinin sayı 1067 nəfər təşkil edirdi[5].

Həmçinin bax

İstinadlar