Əziz Əliyev küçəsi (Bakı)

Əziz Əliyev küçəsi — Bakı şəhərində İçərişəhərdə küçə.

Əziz Əliyev küçəsi
Ümumi məlumatlar
Ölkə
RegionAZ
RayonSəbail

Tarixi

Küçə 1995-ci ildə görkəmli dövlət xadimi Əziz Əliyevin (1887-1962) şərəfinə adlandırılmışdır. İlkin adı Mixaylovski küçəsi olan Əziz Əliyev küçəsi sovet dövründə Zevin küçəsi, 1991-1995-ci illərdə İncəsənət küçəsi adlandırılmışdır.[1].

Əsas tikililər

BinaÜnvanQısa təsvirŞəkilKoordinantları
1Zeynal bəy Səlimxanovun evi Əziz Əliyev küç. 1İki mərtəbəsi 1898-ci ildə inşa edilib. 1950-ci illərdə binaya daha iki mərtəbə əlavə olunub.
2Bağ Əziz Əliyev küç. 21988-ci ilə kimi bağın yerində bağın yerində Hüseynovlar ailəsinə məxsus iki mərtəbəli saray tipli yaşayış binası yerləşirdi. 1882-ci ildə tikilmiş bina bütöv bir məhəlləni tuturdu. 1988-ci ildə bina sökülərək yerində Məmməd Əmin Rəsulzadənin heykəlinin ucaldılması üçün kiçik bağ salınmışdır. Lakin sonradan heykəlin ucaldılması nəzərdə tutulmuş yerdə fəvvarə quraşdırılmışdır.
3Zəkiyevin evi Əziz Əliyev küç. 3Birinci mərtəbəsi 1880-ci ildə tikilib. 1898-ci ildə binaya daha iki mərtəbə əlavə olunub.
4Dadaşovun gəlir evi Əziz Əliyev küç. 41911-ci ildə inşa edilib.
5Yaşayış binası Əziz Əliyev küç. 51880-1890-cı illərdə inşa edilib.
6Yaşayış binası Əziz Əliyev küç. 61896-cı ildə memar O. Simonsonun layihəsi əsasında inşa edilib.
7Yaşayış binası Əziz Əliyev küç. 71880-1890-cı illərdə inşa edilib.
8Azerbaijan Cinema Əziz Əliyev küç. 81896-cı ildə memar O. Simonsonun layihəsi əsasında inşa edilib.
9Keçmiş ticarət sıraları Əziz Əliyev küç. 9-211899-cu ildə memar İ. Qoslavskinin layihəsi əsasında inşa edilib.
10Haşımovun dörd mərtəbəli gəlir evi Əziz Əliyev küç. 111908-ci ildə modern üslubda inşa edilib.

Xarici keçid

Küçə üzrə video ekskursiya

İstinadlar