Haşımovun dörd mərtəbəli gəlir evi

Haşımovun dörd mərtəbəli gəlir evi — Əziz Əliyev küçəsi, 11 ünvanında yerləşən və azərbaycanlı milyonçu Hacı Baba Haşımovun dörd mərtəbəli gəlir evi[1][2].

Haşımovun dörd mərtəbəli gəlir evi
Ölkə Azərbaycan
Şəhər Bakı
YerləşirƏziz Əliyev küçəsi, 11
Tikilmə tarixi1908
KateqoriyaBina
Haşımovun dörd mərtəbəli gəlir evi (Bakı)
Haşımovun dörd
mərtəbəli gəlir evi

Haqqında

Hacı Baba Haşımovun dörd mərtəbəli gəlir evi 1908-ci ildə tikilib. Fasadı roman memarlığının üslub prinsipləri və sakit modernin böyük əlaməti üzərində inşa edilib. Fasad yarımdairəvi tağlarla tamamlanan şaquli detallarla ayrılıb. Bütöv bloklardan olan daşdan düzəldilmiş kronşteynlərin modernist formaları ilə roman motivləri gözəl uyğunlaşdırılıb. Modern üslubunda eyvanların metal məhəccərlərinin nəfisliyi və qabarıq detalların formalarının ciddiliyi geniş profilli eklektikanı təcəssüm etdirir[1].

Şəkilləri

Həmçinin bax

İstinadlar