11 Bit Studios

11 bit studios S.A.Polşa videooyun istehsalı şirkəti. Mərkəzi Varşavada yerləşir. Studiya 2010-cu ildə "CD Projekt" və "Metropolis Software" şirkətlərinin keçmiş üzvləri tərəfindən yaradılmışdır. Studiya ən çox "Anomaly: Warzone Earth" (2011), "This War of Mine" (2014) və "Frostpunk" (2018) videooyunlarının istehsalçısı kimi tanınır.

11 Bit Studios
Loqonun şəkli
Ümumi məlumatlar
TipiS.A.
Sənayevideooyun sənayesi[d]
Məhsulları
Təsis tarixi7 oktyabr 2010
Baş qərargahın yeri
Struktur
İşçi sayı230+[1]
Rəhbərlik
RəhbərlikPşemyilav Marşal
11bitstudios.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Şirkət rəsmi olaraq 11 sentyabr 2010-cu ildə yaradılmışdır. Onun əsası "CD Projekt" və "Metropolis Software" tərtibatçıları və işçilər tərəfindən qoyulmuşdur.[2][3] Şirkətin məqsədi həm hardkor geymerlər , həm də gündəlik geymerlər üçün uyğun oyunlar yaratmaqdır.[2] Onlar real vaxt strategiyası olan qüllədən müdafiə oyunu "Anomaly: Warzone Earth", [4]Sarayevonun mühasirəsinə bənzər mühasirə altında olan şəhərdə mülki insanları təsvir etdiyinə görə tənqidçilər tərəfindən tez-tez təriflənən "This War of Mine" ilə tanınırlar.[5]

Studiyanın ən son buraxılışı olan "Frostpunk" ilk üç gündə 250,000-dən çox kopya satmışdır. "Frostpunk" şaxtanın ələ keçirdiyi distopiyada, XVIII əsrin sonlarında İngiltərəni təsvir edir. Burada oyunçuya bəşəriyyətin son şəhərini idarə etmək tapşırılır.[6] 2020-ci ildə şirkətin üç layihənin və nəşriyyat etiketləri ilə imzalanmış dörd oyunun inkişafını maliyyələşdirmək üçün 21 milyon dollar sərmayə qoyduğu məlum olmuşdur. Onlardan biri olan "Frostpunk 2" 12 avqust 2021-ci ildə elan edilmişdir.[7]

Oyunlar

İstehsal

BaşlıqİlPlatforma(lar)
Anomaly: Warzone Earth2011Android, iOS, Linux, OS X, Microsoft Windows, PlayStation 3, Xbox 360
Anomaly: Korea2012Android, iOS, Linux, OS X, Microsoft Windows
Funky SmugglersAndroid, iOS
Sleepwalker’s Journey
Anomaly 22013Android, iOS, Linux, OS X, Microsoft Windows, PlayStation 4
Anomaly Defenders2014Android, iOS, Linux, OS X, Microsoft Windows
This War of MineAndroid, iOS, Linux, OS X, Microsoft Windows, PlayStation 4, Xbox One, Nintendo Switch, PlayStation 5, Xbox Series X/S
Frostpunk2018Microsoft Windows, OS X, PlayStation 4, Xbox One
Frostpunk 22024Microsoft Windows
The Alters2024Microsoft Windows, PlayStation 5, Xbox Series X/S

Yayım

TitleYearDeveloperPlatform(s)
Spacecom2014Flow CombineAndroid, Linux, OS X, Microsoft Windows
Beat Cop2017Pixel CrowAndroid, Linux, OS X, Microsoft Windows, Nintendo Switch
Tower 57PixwerkLinux, OS X, Microsoft Windows
Moonlighter2018Digital SunLinux, OS X, Microsoft Windows, PlayStation 4, Xbox One, Nintendo Switch
Children of Morta2019Dead MageLinux, OS X, Microsoft Windows, PlayStation 4, Xbox One, Nintendo Switch
South of the Circle2022State of PlayMicrosoft Windows, PlayStation 4, PlayStation 5, Xbox One, Xbox Series X/S, Nintendo Switch
The Invincible2023Starward IndustriesMicrosoft Windows, PlayStation 5, Xbox Series X/S
The Thaumaturge2024Fool's Theory

Xeyriyyə

Şirkət 2022-ci ilin noyabrında elan etmişdir ki, o, ən populyar buraxılışlarından biri olan "This War of Mine"dən əldə olunan gəliri Rusiyanın hücumuna görə Ukraynanın bərpasına kömək edən təşkilatlara köçürür.[8]

İstinadlar

Xarici keçidlər