2019 Afrika Millətlər Kuboku

2019 Afrika Millətlər Kuboku - 2019-cu ildə Misirdə təşkil olunan futbol turniri. Açılış matçında turnirin ev sahibi Misir Zimbabveni qəbul edib və 1:0 hesabı ilə qalib gəlib. Kamerun millisi 2017-ci il turnirində qazandığı titulu müdafiə edə bilmədi, onlar Nigeriya yığmasına 1/8 finalda məğlub oldular. Final matçında Seneqal və Əlcəzair yığmaları qarşılaşıb. Oyunun taleyini bir qol həll edib. Əlcəzair 2-ci dəqiqədə vurduğu yeganə qolla qalib gəlib. Bununla Əlcəzair 2-ci dəfədir bu kuboku qazanır. Şimali afrikalılar 1990-cı ildə də qitə çempionu olub.[1]

2019 Afrika Millətlər Kuboku
كأس الأمم الأفريقية 2019
Yarış məlumatları
Ev sahibi
Ev sahibi şəhərMisir
Tarix21 İyun – 19 İyul 2019
Başlama tarixi21 iyun 2019
Bitmə tarixi19 iyul 2019
Komanda sayı24
Stadion sayı6 (4 ev sahibi şəhərdə)
Yekun nəticəsi
ÇempionƏlcəzair Əlcəzair
İkinciSeneqal Seneqal
Üçüncü yer Nigeriya
Dördüncü yer Tunis
Yarış statistikası
Oyun sayı52
Qol sayı102 (matç başına: 1.96)
Mükafat sahibləri
Bombardir(lər)Nigeriya Odion İqala (5 qol)
2017
2021 →
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Reqlament

Afrika Millətlər Liqasının reqlamentinə əsasən, 24 komanda 6 qrupa bölünüb. İlk iki yeri tutan və ən yaxşı göstəriciyə malik 4 qrup üçüncüsü pley-off mərhələsinə vəsiqə qazanacaq.[2]

İstinadlar