Aşağı Maralyan

Cəbrayıl rayonunda kənd

Aşağı MaralyanAzərbaycan Respublikasının Cəbrayıl rayonunun Karxulu inzibati-ərazi vahidində kənd. Araz çayının sol sahilində, düzənlikdədir.

Aşağı Maralyan
39°20′43″ şm. e. 47°13′05″ ş. u.
Ölkə
RayonCəbrayıl rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü170 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Aşağı Maralyan xəritədə
Aşağı Maralyan
Aşağı Maralyan
Cəbrayıl qəzası 1 Yanvar 1903-ci illər xəritəsi. Maralyan

Tarixi

1993-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 3 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[1]

Toponimikası

Bəzi tədqiqatçılara görə, yaşayış məntəqəsi Cənubi Azərbaycanın Maraluy kəndindən çıxmış ailələrin XIX əsrin əvvəllərində şimala köçərək burada məskunlaşması nəticəsində yaranmışdır və "maraluylular" mənasındadır.[2] Başqa bir versiyaya görə isə "mara" - örüş, "li" - mənsubiyyət və "an" - məkan, yer bildirən şəkilçilərdən yaranmış və "örüşü olan yer" mənasını verir.[3]

İqtisadiyyatı

Erməni işğalından əvvəl kənd sakinlərinin əsas təsərrüfatı heyvandarlıq idi.

Coğrafiyası və iqlimi

Kənd rayon mərkəzindən 28 km cənub-şərqdə yerləşir.

Həmçinin bax

Xarici keçidlər

İstinadlar