ABŞ Ticarət Nazirliyi

Amerika Birləşmiş Ştatları Ticarət Nazirliyi (ing. the United States Department of Commerce; DOC) — iqtisadi artım və imkanlar üçün şərait yaratmaqla məşğul olan ABŞ federal hökumətinin icra hakimiyyəti orqanı. Onun vəzifələri arasında biznes və hökumət qərarlarının qəbulu üçün iqtisadi və demoqrafik məlumatların toplanması və sənaye standartlarının müəyyənləşdirilməsinə köməklik daxildir. Onun əsas məqsədi iş yerləri yaratmaq, iqtisadi artımı təşviq etmək, davamlı inkişafı təşviq etmək və digər xalqların zərərli ticarət təcrübələrini isə əngəlləməkdir.[6] 1903-cü ildə yaradılmış bu nazirliyə birbaşa ABŞ Prezidentinə hesabat verən və prezidentin Nazirlər Kabinetinin üzvü olan Ticarət Naziri rəhbərlik edir. Ticarət Departamentinin baş ofisi Vaşinqtonda, Herbert C. Hoover binasında yerləşir.

ABŞ Ticarət Nazirliyi
United States Department of Commerce
Möhürün şəkli
Ümumi məlumatlar
Ölkə
YurisdiksiyaAmerika Birləşmiş Ştatları
Yaradılma tarixi4 mart 1913[4][5]
Baş qərargah
Rəsmi saytıcommerce.gov
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İstinadlar