Abdulla Məmmədov

Abdulla Məhəmməd oğlu Məmmədov (10 mart 1905, Şərur-Dərələyəz qəzası8 mart 2001, Şərur rayonu, Naxçıvan Muxtar Respublikası) — pambıqçı, Böyük Vətən müharibəsinin iştirakçısı. Sosialist Əməyi Qəhrəmanı (1951).[1]

Abdulla Məmmədov
Abdulla Məhəmməd oğlu Məmmədov
Doğum tarixi
Doğum yeriYuxarı Aralıq, Şərur-Dərələyəz qəzası, İrəvan quberniyası, Rusiya imperiyası
Vəfat tarixi (95 yaşında)
Vəfat yeriYuxarı Aralıq, Şərur rayonu, Naxçıvan MR, Azərbaycan
VətəndaşlığıRusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyətiazərbaycanlı
Fəaliyyətipambıqçı
MükafatlarıSosialist Əməyi Qəhrəmanı — 1951
"Lenin" ordeni — 1951

Həyat və əmək fəaliyyəti

Abdulla Məmmədov 10 mart 1905-ci ildə İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasının (indiki Şərur rayonu) Yuxarı Aralıq kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1929-cu ildə İliç rayonu M.Hüseynzadə adına kolxozda başlamış, 1978-ci ilə qədər bu kolxozda briqadir, ferma müdiri, manqabaşçısı və kolxozçu işləmişdir. Böyük Vətən müharibəsində iştirak etmişdir. 1950-ci ildə pambıqçılük sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin 30 yanvar 1951-ci il tarixli qanunu ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, "Oraq və Çəkic" medalıLenin ordeni, ilə təltif olunmuşdur. 1968-ci ildən İttifaq əhəmiyyətli fərdi təqaüdçü olmuşdur. Abdulla Məmmədov 8 mart 2001-ci ildə Şərur rayonunda vəfat etmişdir.[2]

İstinadlar