Abovyan rayonu

Abovyan rayonu[3][4] (1937–1961-ci illərdə Kotayk rayonu) — Ermənistan SSRErmənistan Respublikası ərazisində rayon. Mərkəzi Abovyan şəhəridir.

Rayon
Abovyan rayonu
İnzibati mərkəzEllər
Tarixi və coğrafiyası
Yaradılıb9 sentyabr 1930
Ləğv edilib11 aprel 1995
Sahəsi880[1] km²
Əhalisi
Əhalisi63 099[2] (1989) nəfər
Abovyan rayonu xəritədə

Tarixi

Rayonun ərazisi tarixi Qırxbulaq mahalının ərazilərini əhatə edirdi.

9 sentyabr 1930-cu ildə yaradılıb. 12 oktyabr 1961-ci ilə qədər Kotayk rayonu, həmin tarixdən etibarən isə Abovyan rayonu adlandırılıb. Ərzisi 844 kv km olmuşdur. Rayon mərkəzi respublika tabeli Ellər (dəyişdirilmiş adı Abovyan) şəhəri idi. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 16 km-dir.

Göyçə (dəyişdirilmiş adı Geğam) yaylasının bir hissəsi rayon ərazisinə düşür.Əjdaha dağı (h.3598 m) həmin yaylanın bu rayon ərazisindəki ən hündür zirvəsidir.

1948–1951-ci illərin etnik təmizləmə siyasətinə ən çox məruz qalan rayonlardan biridə Ellər rayonudur. Bu illərdə rayonun Ellər, Başkənd, Avdallar, Göykilsə, Çadqıran, Dəlləkli, Muradtəpə, Alakilsə, Ağadərəsi, Yelqovan, Zar, Şahab, Təzəkənd, Tutiyyə, Qaraqala, Kərpicli, Ərtiz və başqa rayonlarının azərbaycanlı əhalisi Azərbaycana deportasiya olunmuşdur.

1970-ci illərdə rayon ərazisinin bir hissəsi Əştərək rayonunun bir hissəsi ilə birləşdirilərək yeni Nairi rayonu yaradılmışdır.

Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin müxtəlif fərmanları ilə rayon üzrə dəyişdirilmiş tarixi yer adları:

Qədim türk adıİndiki adıDəyişdirilmə tarixi
Baş GərniGərni03.01.1935
KərpicliGeğadir03.01.1935
QızqalaAstğaberd03.01.1935
ÇadqıranRazdan03.01.1935
RazdanGehaşen21.10.1967
GöykilsəKaputan03.01.1935
YelqovanKotayk03.01.1935
DəvəxarabaAvad03.01.1935
ŞahabMayakovski11.04.1940
BaşkəndAkunk04.04.1946
AvdallarAtsavan04.04.1946
ƏrtizGehard04.04.1946
TəcrəbaxDozaraxpyur04.04.1946
AğadərəsiKatnaxpyur04.04.1946
KətranGetameç21.06.1948
DəlləkliZovaşen21.06.1948
TutiyyəSaranist21.06.1948
QaraqalaSevaberd21.06.1948
EllərAbovyan12.10.1961
Murad təpəKanakeravan15.08.1964
MəəgübBalahovit26.12.1968
GüllücəZovk25.01.1978
KəmrəzKamaris25.01.1978
KənkanHatis25.01.1978

İnzibati-ərazi bölgüsü

Rayon 1 yanvar 1948-ci il vəziyyətinə görə şəhər tipli Kənəkir qəsəbəsindən və 25 kənd sovetliyindən ibarət idi.[1]

Sovetliyin adıSovetliyin ərazisiSovetliyin inzibati mərkəziSovetliyə daxil olan yaşayış məntəqələri
Azərbaycan dilindəRus dilindəkm² — ləAdıAdı
AvanАванский10AvanAvan, Botanika bağı yanında qəsəbə
BaşkəndАкункский37BaşkəndBaşkənd, Ağadərəsi
AramusАрамусский35AramusAramus, Güllücə
ƏrzniАрзнинский24ƏrzniƏrzni, Ərzni kurort qəsəbəsi
ƏrincАринджский11ƏrincƏrinc
AvdallarАцаванский27AvdallarAvdallar, Sotsqyux
OxçuberdВохчабердский22OxçuberdOxçuberd, Kərpicli
Baş GərniГарнинский50Baş GərniBaş Gərni
ƏrtizГехардский14ƏrtizƏrtiz
KoltГохтский15KoltKolt
KəmrəzГямрезский24KəmrəzKəmrəz
DəlləkliДаллаклинский21DəlləkliDəlləkli, Quyulu
TəcrəbaxДзорахпюрский25TəcrəbaxTəcrəbax, Məngiz
CivrişДжрвежский33CivrişCivriş
YelqovanЕлгованский22YelqovanYelqovan, Təzəkənd
ZarЗарский26ZarZar
GöykilsəКапутанский33GöykilsəGöykilsə
QaraqalaКаракалинский20QaraqalaQaraqala, Musakənd
KənkanКянкянский48KənkanKənkan, Dəvəxaraba, Qızqala
ŞahabМаяковский22ŞahabŞahab, Dzaq sovxozu yanında qəsəbə, Muqub
NurnusНурнусский19NurnusNurnus, Nikolayevka
PtıxniПытхнинский15PtıxniPtıxni, Bağçılıq sovxozu yanında qəsəbə, Qətran
ÇatqıranРазданский35ÇatqıranÇatqıran
TutiyaТутиянский21TutiyaTutiya, Bəzəkli
EllərЭларский13EllərEllər

Xarici keçidlər

İstinadlar

Həmçinin bax

Xarici keçidlər