Afaq Şıxlı

Afaq Şıxlı (25 iyun 1969, Bakı, SSRİ) — həkim, şairə, publisist, tərcüməçi[6] Beynəlxalq Yazıçılar və Publisistlər Assosiasiyasının, Avrasiya Yazarlar birliyinin, Rusiya Yazarlar Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü, Rusiya Poeziya Akademiyasının müxbir üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 2015-ci ilin yanvar ayından AYB Moskva bölməsinin məsul katibi vəzifəsinə təyin olunmuşdur.

Afaq Şıxlı
Afaq Arif qızı Şixlinskaya
Doğum tarixi (54 yaş)
Doğum yeriBakı, Azərbaycan SSR, SSRİ
VətəndaşlığıSSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyətişair, yazıçı
MükafatlarıTürk Şeir Akademiyasının fəxri diplomu[1]
"Məhsəti Gəncəvi" adına fəxri diplom
"Kitab evi" İctimai Birliyinin "Vətən naminə" diplomu
Eskişehir Şairler dernegi-nin "Onur belgisi"
"Mikayıl Müşfiq" adına diplom
M.Voloşin adına 10-cu Beynəlxalq Şeir simpoziumunun təşəkkür bəlgəsi[2]
"TÜRK dünyasına xidmət" ödülü[3]
Dədə Qorqud fondunun "Mehriban Ana" ordeni[4]
Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatı[5]

Həyatı

Afaq Şıxlı 25 iyun 1969-cu ildə Azərbaycan SSR-in Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur[7]. Əslən Qazax rayonunun İkinci Şıxlı kəndinin Şıxlinskilər soyundandır.

1984-cü ildə - 15 yaşında ikən 12 saylı orta məktəbi qızıl medalla bitirərək N. Nərimanov adına Azərbaycan Tibb Universitetinin 2-ci müalicə-profilaktika fakültəsinə daxil olmuşdur.

1990-cı ildə 2-ci müalicə-profilaktika fakültəsini əla qiymətlərlə bitirərək, 2000-ci ilədək 15 saylı TSH-nin 5-ci şöbəsində həkim-terapevt işləmişdir.

Hazırda Rusiya Federasiyasının Moskva şəhərində yaşayır.

2011-ci ildən Beynəlxalq Yazıçılar və Publisistlər Assosiasiyasının, 2012-ci ildən Avrasiya Yazarlar birliyinin[8], Rusiya Yazarlar Birliyinin[9] və Rusiya Poeziya Akademiyasının[10], 2013-cü ildən Azərbaycan Jurnalistlər Birliyinin[11] üzvüdür.

2014-cü ildə Azərbaycan Yazıçılar Birliyinin üzvü seçilmiş və 2015-ci ilin yanvar ayından AYB Moskva bölməsinin məsul katibi vəzifəsinə[12] təyin olunmuşdur.

Ədəbiyyatdan əlavə təbabət, musiqi və rəssamlıqla məşğul olur.

Ailəlidir. İki övlad anasıdır.

Görkəmli alim Arif Şıxlinskinin qızı, böyük yazıçı İsmayıl Şıxlınin qohumudur.

Ədəbi fəaliyyəti

Orta məktəbdə oxuyarkən məktəb Gənc şairlər dərnəyinin rəhbəri olmuşdur.

Şeirləri divar qəzetlərində və bir neçə dəfə "Göyərçin" jurnalında dərc olunmuşdur.

Son on ildə şeirləri və hekayələri respublika mətbuatında (çox sayda qəzet və jurnllarda), eləcə də, bir çox internet saytlarda dərc edilib.1000-dən artıq şeir, hekayə və publisistik yazıların müəllifidir.

6 şeir və hekayə toplusunun müəllifidir.

Türk[13] və Rus dillərindən bədii tərcümələri qəzet və jurnallarda dərc olunub.

Öz şeirləri rus, türk və fransız dillərinə tərcümə olunaraq, bu ölkələrin qəzet, jurnal və saytlarında dərc olunub.[14]

Kitabları

  1. Qəlbimin dedikləri. Bakı: Araz, 2003. Redaktor: Mehdi Şixlinski.
  2. Sevərsənmi. Bakı: Xəzər universiteti nəşriyyatı, 2005. Redaktor: Knyaz Aslan.
  3. Məndən uzaqda Arxivləşdirilib 2013-06-13 at the Wayback Machine. Bakı: Xəzər universiteti nəşriyyatı, 2008. Redaktor: Knyaz Aslan.
  4. Səni düşünürəm. Bakı: Adiloğlu, 2011. Redaktor: Elman Tovuz.
  5. Ömrümün beşinci fəsli. Bakı. 2013. Redaktor: Professor Məmməd İsmayıl.
  6. Dostlarım, bana da bahar gönderin! Türkiyə. 2013.(Türkiyə türkcəsi). Uyğunlaşdıran və redaktor: İmdat Avşar.
  7. Yeddidən biri. Bədii tərcümələr. Saratov. 2014. Redaktor: Professor Məmməd İsmayıl və şair Elman Tovuz.
  8. Bədii tərcümələr. Bakı. 2014.
  9. "sənə-demədiklərim-".html Sənə demədiklərim. Bakı. 2015.

İstinadlar