Ahtem Seidablayev

Akhtem Seidablayev (d. 11 dekabr 1972, Yanqıyol Özbəkistan SSR) — Krım tatarı əsilli aktyor, senarist və rejissor. 2013-cü ildə Haytarma və 2017-ci ildə Another's Prayer daxil olmaqla bir çox yüksək səviyyəli filmlərin rejissorudur. Krımın Rusiya Federasiyası tərəfindən ilhaq edilməsinə qarşı çıxmışdır. Bunu rejissoru olduğu filmlərdə də göstərmişdir. Bir neçə tanınmış Krım tatarlarının taleyinə dair filmləri UkraynaAvropada təriflənsə də, Rusiya xəbər bülletenləri tərəfindən tənqid edilmişdir.

Akhtem Seidablayev
Akhtem Seitablayev
Doğum tarixi (51 yaş)
Doğum yeriYanqıyol Özbəkistan SSR
Vətəndaşlığı
Fəaliyyətikinorejissor, kino aktyoru, teatr aktyoru, teatr rejissoru
Fəaliyyət illəri1999
Təhsili
  • Kiyev Milli Teatr, Film və Televiziya Universiteti[d]
Tanınma səbəbiRejissor, ssenarist
MükafatlarıUkraynanın III dərəcəli "Xidmətlərinə görə" ordeni
IMDbID1982961
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

1972-ci ildə Özbəkitsan SSR-nin Yanqıyol şəhərində anadan olmnuşdur. Stalin dövründə Krım tatarlarının kütləvi sürgün cəzalarına məruz qaldıqları bu dövrdə, valideynləri Sürgün dövründə Özbəkistana sürgün edilmişdir. İlk təhsilini Özbəkistan alan Səaidablayev 1989-cu ildə SSRİ yenidənqurma dövrünə kimi ailəsi ilə birlikdə sürgündə qalmışdır.[1][2][3]29 may 2018-ci ildə Rusiyanın idarəsi altında olan Krımda, həbs olunan rejissor Oleh Sentsovu dəstəklədiyini açıqladı. Onun kimi aktyor olan İvanna Dyadyur ilə evlidir və üç övladı var.

Fəaliyyəti

Kino fəaliyyətinə 1992-ci ildə Krım Mədəni Maarif məktəbini bitirdikdən sonra başlamışdır. 1992–2004-cü illərdə Simferopol Krım Tatar Dövlət Teatrında çalışmışdır. Burada bir çox pyesə, o cümlədən Aleksandr Puşkinin əsərlərinin canlandırılmasına rəhbərlik etmişdir. 2005-ci ildə Dneperin sol sahilindəki Kiyev Akademik Dram və Komediya Teatrında işə başladı. 2009-cu ildə ilk filmi "İki üçün dördlük" filmini çəkdi. 2013-cü ildə ən məşhur filmi olan Haytarma filmini çəkmişdir. Kiyev Post filmə müsbət rəy vermiş və onu tarix maraqlılarının "mütləq baxmalı olduğu filmlər" siyahısına salmışdır.[4][5] Simferopoldakı Kosmos Sinema filmə ilk həftə ərzində 6 min insanın baxdığını, sonradan isə hər gün min nəfərin baxdığını hesablamışdır. Bu 4 iyuna qədər belə davam etmişdir. Kinoteatr ilk əvvəl hər günə iki seans nəzərdə tutsa da, gözlənilməyən səviyyədə yüksək maraqdan sonra əlavə olaraq 1 senans da əlavə edilmişdir.

2016-cı ildən 2017-ci ilə qədər Soyqırım zamanı 80-dən çox yəhudi uşağının etnik kimliyini dəyişdirərək Krım Tatar ənənələrini təqlid etməyi öyrədən Gestaponu gizlədən uşaq bağçası müdiri Səidə Arifovanın real həyatına əsaslanaraq Başqasının duası filmini çəkmişdir. Film 18 may 2017-ci ildə Sürgünün ildönümü olaraq yayımlandı. Əvvəlcə film Krımda çəkilməli idi, lakin 2014-cü ildə Rusiya Federasiyası tərəfindən Krımın ilhaqından sonra UkraynaGürcüstanda çəkilmək qərarı verildi.

Filmoqrafiyası

Aktyor kimi

Aktyor kimi
İliFilmRolu
2003MamayUmay'ın qardaşı
2004Moskovskaya saga(bölüm)
Tatarskiy triptikhStambulskiy Sokhti / Rüstəm
2005Muxtarın qayıdışı −2Safiullin
Zoloti khloptsi(bölüm)
NavizhenaMühafizəçi
2006Bohdan-Zynoviy Khmelnytskyi
Muxtarın qayıdışı −3Timur Khazov
Zhinocha robota z ryzykom dlia zhyttiaArtem Polonskyi
2007Zhaha ekstrymuNikita
2008PrityazhenieArkadiy (Aleksandr Nikolayeviçin oğlu)
2009Osinni kvityMeshochnik trende
2011Temni vody
2012Actor, or the Love not after playwright
2012Svaty −6Murat Vladlenovych (Bukovelin sahibi)
2012HaytarmaƏhmədxan Sultan
2015HvardiyaTatar
Tsentralna likarnyaRüstəm Ağalarov
2016Ya z toboyuAndriy
Den Nezalezhnosti. Vasil StusVasil Stus
Skhidni solodoshchiİbrahim
Na liniyi zhyttiaSerhiy Zadorozhnyi
2017Pravylo boyuQara kişi
2017Chuzhaya molitva
2018Spisok ZhelaniyLeonid Kaufman (bələdiyyə işçisi)

İstinadlar