Akif Təvəkküloğlu

Akif Təvəkkül oğlu NəsirovAzərbaycan Respublikasının Milli Məclisinin 2006-2020-ci illərdə mətbuat xidmətinin rəhbəri, dövlət qulluqçusu, 3-cü dərəcə dövlət müşaviri.[1][2][3][4]

Akif Təvəkküloğlu
Akif Təvəkkül oğlu Nəsirov
Doğum tarixi (61 yaş)
Doğum yeriİmişli rayonu, Azərbaycan SSR

Həyat və fəaliyyəti

Akif Təvəkkül oğlu Nəsirov 1962-ci il dekabrın 1-də İmişli rayonunda anadan olub[5]. Orta məkbəti 1979-cu ildə bitirib, əmək fəaliyyətinə İmişli Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində başlayıb. 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Kitabxanaçılıq fakültəsinə daxil olub, 1986-cı ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. Fəal ictimaiyyətçi olduğuna görə ikinci kursdan fakültənin komsomol təşkilatının katibi olub.1986-cı ildən 1991-ci ilədək Azərbaycan Dövlət Kitab Palatasında filial müdiri, sonra isə şöbə müdiri vəzifələrində çalışsa da, mətbuata, jurnalistikaya olan meyli və istetadı onu bu sahəyə gətirib. Təməli 1991-ci ildə "Molla Nəsrəddin" jurnalı ilə qoyulan jurnalist karyerası sonradan televiziya ilə davam edib. 2006-cı ilədək Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində müxtəlif vəzifələrdə çalışıb. 2006-cı ildən 2020-ci ilədək Milli Məclisin mətbuat katibi vəzifəsində çalışmışdır.[4][5]

İstinadlar