Akiko Futaba

Akiko Futaba (yap. 二葉 あき子; 2 fevral 1915[1], Hiroşima16 avqust 2011[2][1], Hiroşima) — məşhur yapon musiqisi olan yukoka ifaçısı. İkinci dünya müharibəsinin sonlarında o Yaponiyada ən məşhur ifaçılardan biri olub.[3] Bundan başqa o hər il keçirilən məşhur yapon televiziya musiqi şousu "Kohahu Uta Gassen"də on dəfə iştirak edib.[4]

Akiko Futaba
yap. 二葉 あき子
Ümumi məlumatlar
Doğum adıYoşie Kato
Doğum tarixi2 fevral 1915(1915-02-02)[1]
Doğum yeri
Vəfat tarixi16 avqust 2011(2011-08-16)[2][1] (96 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
FəaliyyətiMüğənni
Fəaliyyət illəri1936-2003
JanrRyukoka
Albom şirkətiNippon Kolumbiya
Mükafatları"Bənövşəyi lent" medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bioqrafiya

O, Hiroşima şəhərində anadan olub Hiroşima prefekturasında Miyoşi şəhərində böyüyüb.[5] Akiko Tokiyo Musiqi Məktəbini bitirib. Musiqi məktəbi tərəfindən keçirilən konsertdə Takeo Masunaqandan ilhamlanaraq 1936-cı ildə debüt edib. Onun məşhur mahnısı "Furuki Hanazono" (古き花園, az. "Köhnə gül bağı"?) 1939-cu ildə çıxıb. 6 avqust 1945-ci ildə Hiroşimaya atom bombası atılmasından yaxa qurtara bilib, o, partlayış vaxtı tuneldən keçərək qatarla səfər edirmiş.

O, müğənni fəaliyyətini 2003-cü ildə yekunlaşdırıb və Hiroşima prefekturasında təqaüdə çıxıb. 16 avqust 2011-ci ildə vəfat edib.[6]

Diskoqrafiyası

  • Ano Yume Kono Yume (あの夢この夢, O arzu, bu arzu?) : 1936
  • Otome Jūku (乙女十九, 19 yaşlı qız?) : 1937
  • Furuki Hanazono (古き花園, Köhnə gül bağı?) : 1939
  • Ano Hana Kono Hana (あの花この花, O gül, bu gül?) : 1940
  • Wakarete mo (別れても, Hətta biz ayrı olsaq?) : 1946
  • Otome Gokoro wa (乙女心は, Qızın ürəyi?) : 1946
  • Francesca no Kane (フランチェスカの鐘, Franseskanın zəngləri?) : 1948
  • Yume yo Mō Ichido (夢よもういちど, Bir daha, arzu?) : 1949
  • Hoshi no Tameiki (星のためいき, Ulduzun nəfəsi?) : 1950

İstinadlar

Xarici keçidlər