Yapon dili

Şərqi Asiyada dil

Yapon dili (yap. 日本語 ) — Yaponiyanın rəsmi dövlət dilidir. Şərq dillərindən hesab olunur. Bu dildə 125 milyon insan danışır. Əlifbası çin dilinin "kanci" xəttindən formalaşmışdır. Kanci hiraqanakatakanada istifadə olunur. Bundan başqa "imatokana" deyilən və sadəcə imperator sarayında istifadə edilən bir xətt növü də var. 2000-dən çox kanci istifadə olunur, lakin hiraqana və kataqana hərəsi 47 hərfdir. Bu xətlərə bəzi əlamətləri artırdıqda başqa səslər əmələ gəlir. Müasir yapon dilində, xüsusən şirkət adları, reklamlar və yapon dilinin kompüterə keçirilməsində romaci adı verilən latın əlifbası da işlənir.

Yapon dili
Orijinal adı日本語
ÖlkələrYaponiya, Quam, Tayvan, Şimali Koreya, Cənubi Koreya, Filippin, Peru, Avstraliya
Danışanların ümumi sayı125 milyon
Təsnifatı
KateqoriyaAvrasiya dilləri
Yapon-ryukyu dilləri
Yazıkanci, katakana
Dil kodları
QOST 7.75–97япо 870
ISO 639-1ja
ISO 639-2jpn
ISO 639-3jpn
ISO 639-5jpx
Dilin strukturlarının dünya atlasıjpn
Ethnologuejpn
Linguasphere45-CAA
ABS ASCL72, 7201
IETFja
Glottolognucl1643
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Türk dilləri kimi iltisaqi dildir. Yapon dili Ural-Altay dillərindən olduğuna görə türk dillərinə müəyyən yaxınlığı var.

Dilin adı

Yaponca yapon dilini iki cür adlanırlar. Başqa dillərin kontekstində "nihonqo" (日本語) sözü işlədilir. Bu, hərfi tərcümədə "yapon dili" deməkdir. Lakin, milli mədəniyyətin bir hissəsi, Yaponiyada tədris olunan fənn kimi, doğma dövlət dili olaraq o, adətən "kokuqo" (國語 və ya 国語), yəni "ölkə dili" və ya "milli dil" adlandırılır. Bu söz başqa dillər üçün də istifadə edilə bilər, amma əsasən məhz yapon dili üçün istifadə edilir.

Tarixi

Yapon dili yazıda Yayoy dövründən başlayaraq istifadə olunur.[1]

Hiraqana əlifbası

Hiraqana
aiueo(ya)(yu)(yo)
kakikukekoきゃ kyaきゅ kyuきょ kyo
sashisusesoしゃ shaしゅ shuしょ sho
tachitsutetoちゃ chaちゅ chuちょ cho
naninunenoにゃ nyaにゅ nyuにょ nyo
hahifuhehoひゃ hyaひゅ hyuひょ hyo
mamimumemoみゃ myaみゅ myuみょ myo
yayuyo
rarirureroりゃ ryaりゅ ryuりょ ryo
わ vaゐ viゑ veを vo
n
gagigugegoぎゃ gyaぎゅ gyuぎょ gyo
zajizuzezoじゃ jaじゅ juじょ jo
da(ji)(zu)dedoぢゃ (ja)ぢゅ (ju)ぢょ (jo)
babibubeboびゃ byaびゅ byuびょ byo
papipupepoぴゃ pyaぴゅ pyuぴょ pyo

Katakana əlifbası

Üfiqi yapon qrafikasından nümunə

ア (a) イ (i) ウ (u) エ (e) オ (o)

K カ (ka) キ (ki) ク (ku) ケ (ke) コ (ko)

S サ (sa) シ (şi) ス (su) セ (se) ソ (so)

T タ (ta) チ (çi) ツ (tsu) テ (te) ト (to)

N ナ (na) ニ (ni) ヌ (nu) ネ (ne) ノ (no)

H ハ (ha) ヒ (hi) フ (fu) ヘ (he) ホ (ho)

M マ (ma) ミ (mi) ム (mu) メ (me) モ (mo)

Y ヤ (ya) ユ (yu) ヨ (yo)

R ラ (ra) リ (ri) ル (ru) レ (re) ロ (ro)

V ワ (va) ヰ (vi) ヱ (ve) ヲ (vo / o)

N ン (n)

Kanci

Eramızın V əsrində Çindən Yaponiyaya gəlmiş xəttdır. Katakana və hiraqana da kancidən tutulmuş xəttdir. Hazırda kanci Çin, Yaponiya və Koreyada işlənilir.

Misal

KanciTələffüzMəna
tsuçiTorpaq
tenGöy, səma
mizuSu
火災KasaiOd, atəş
kazeYel, külək
otokoKişi
onnaQadın
食べるtaberuyemək
飲むnomuiçmək
大きいōkiiböyük
小さいçīsaibalaca
yoruGecə
hiGündüz

Qrammatikası

Sifətin ismi təyin etməsi və onun isimdən öncə gəlməsi türk diliylə eynidir.

Məsələn:

  • 赤いリンゴ akai rinqo
  • qırmızı alma
  • 私の赤いリンゴ vataşi no akai rinqo 
  • mənim qırmızı almam

Subyekt cümlənin əvvəlində gəlir. Cümlənin tərtibi belədir: Subyekt Obyekt Fel. Misal:

  • 私はリンゴを食べました。 vataşi va rinqo o tabemaşta. (mən almanı yedim).
  • リンゴを私は食べました。rinqo o vataşi va tabemaşta. (almanı mən yedim).

Sadə söz və ifadələr

  • おはようございます。Ohayo →  Sabahınız xeyir
  • こんにちは Konniçiva  → Salam
  • こんばんは Konbanva → Axşamınız xeyir
  • さようなら Sayonara → Gülə gülə
  • おやすみなさい Oyasuminasay → Gecəniz xeyir
  • お元気ですか Ogenki desu ka? → Necəsiniz?
  • はい hai → Bəli
  • いいえ ie → Xeyr
  • ありがとうございます Arigato → Sağ olun (təşəkkür edirəm)

Fonetika

Yapon dilində 5 sait var. (あ (a), い (i), う (u), え (e), お (o)). Bütün samitlər bu 5 saitlə işlənilir. Ona görə yapon dilində samit səs tək işlənilmir (ん (N) hərfindən başqa). Məsələn, Ka, Ha, Ma, Sa, Ta, Ra, Ya.

Tarixi mənbələrə görə Nara dövründə yapon dilində 8 sait varmış. Bu səslərdən 3-ü Heyan dövründə ixtisar olunub. Azərbaycan dilində olub yapon dilində olmayan səslər bunlardır: X, Ğ, J, Ö, Ü, V, G. Yapon dilində olub Azərbaycan dilində mövcud olmayan səslər isə bunlarddır: つ (Tsu) və わ (Ua). Yapon dilində qəliz səslər (X, Ğ, J) olmadığına görə sadə səslənir. Səslənmə baxımından ispan, yunanitalyan dillərinə yaxındır.

Mənbə

  • ASE, V cild, Bakı, 1981, səh. 69

Xarici keçidlər