Alaqoas

Alaqoas[3][4] (port. Alagoas) — Braziliyanın şərqində yerləşən ştat. Ştat şimaldan Pernambuku, cənubdan Serjipi, cənub-qərbdən Baiya ştatları ilə sərhədlənir. Şərqdən Atlantik okeanın suları ilə yuyulur. Ərazisi 27 767,7 km² təşkil edir. Əhalisinin sıxlığına görə Braziliyada dördüncü yerdədir. Ştatın inzibati mərkəzi Maseyo şəhəridir.

Alaqoas
Alagoas
Bayraq[d]Gerb[d]
Bayraq[d]Gerb[d]

9°39′ c. e. 36°41′ q. u.


Ölkə
İnzibati mərkəzMaseyo[d]
Tarixi və coğrafiyası
Yaradılıb1889
Sahəsi
  • 27.767 km²
Hündürlük
246 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 3.322.820 nəf. (2018)[2]
Rəqəmsal identifikatorlar
ISO koduBR-AL
Rəsmi sayt
Alaqoas xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ştat 102 rayona bölünür. İri şəhərləri Maseyso, Arapiraka, Palmeyra-duz-İndius, Riu-Larqu, Penedu, Union-dus-Palmaris, San-Migel-dus-Kampus, Santana-du-İpanema, Delmiru-Qoveya, Koruripi, Mareşal-Doedoru və Kampu-Aleqri.

Əhalinin 2,100,000 nəfəri (66.18%) qarışıq, 964,000 nəfəri ağlar (30.39%), 96,000 nəfəri qaralar (3.02%), 11,000 nəfəri isə asiyalılar (0.35%).[5][6] təşkil edir.

İnzibati bölgü

Ştat üç mezoregiona bölünmüşdür: Şərqi Alaqoas — Atlantik okean sahili ərazilər, Kənd təsərrüfatı mezoregionu — mərkəzi ərazilər və Sertan — qərb ərazilər.

İqtisadiyyat

Ştat iqtisadiyyatının əsasınl kənd təsərrüfatı təşkil edir. Burada Şəkər qamışı, pambıqtütün yetişdirilir. San-Fransisko çayında yerləşən Paulu-Afonsu şəlaləsi üzərində iri SES fəaliyyət göstərir.

Son zamanlar Atlantik okeanın sahil zonasında turizm inkişaf etdirilir.

Maseyo

İstinadlar