Albaniya İkinci Dünya müharibəsində

Albaniya İkinci dünya müharibəsindəİkinci Dünya müharibəsində Albaniyanın rolu. İkinci Dünya müharibəsi Albaniyada 1939-cu ilin aprelində İtaliya tərəfindən işğal ilə başlamışdır. Faşist İtaliyası Albaniyanı protektorat və ya marionet dövlətə çevirmişdir. İşğalçılara qarşı müqavimət əsasən kommunist qrupları tərəfindən 1943-cü ilə qədər İtaliya, sonradan isə Nasist Almaniyasına qarşı həyata keçirilmişdir. Əvvəlcə müstəqil olan kommunist qrupları 1942-ci ilin əvvəlində birləşmiş və nəticədə 1944-cü ildə Albaniyanın nasist işğalından azad edilməsinə nail olmuşdular.

Tarix

7 aprel 1939-cu ildə İtaliya Avropada yaranmış siyasi vəziyyətdən istifadə edərək Albaniyanı işğal etmişdir. İtalyan işğalçılara qarşı Albaniyada milli azadlıq mübarizəsi başlamışdır. Bu mübarizənin təşkilatçısı 1941-ci ilin noyabrında yaradılan Albaniya Kommunist Partiyası idi. 16 sentyabr 1942-ci ildə Pezada Milli Azadlıq Cəbhəsi yaradılmışdır. 1943-cü ildə milli azadlıq hərəkatının yeni mərhələsi başlanmışdır. Bu zaman nizami Milli Azadlıq Ordusu yaradılmasının əsası qoyulmuşdur. İtaliya 1943-cü ildə təslim olduqdan sonra Albaniyanı nasist Almaniyası işğal etmişdir. Nasist Almaniyasının Albaniyada milli azadlıq hərəkatını boğmaq cəhdi baş tutmamışdır. 1944-cü ilin oktyabrında müvəqqəti demokratik hökumət yaranmışdır. 1944-cü ilin payızında sovet qoşunlarının Balkan yarımadasında qalibiyyətli hücumu Milli Azadlıq Ordusuna işğalçılara bütün Albaniya torpaqlarından qonub çıxarmaq imkanı vermişdir. 29 noyabr 1944-cü ildə Albaniyanın azad edilməsi başa çatdırılmışdır. 10 noyabr 1945-ci ildə SSRİ Albaniya hökumətini tanımışdır. 11 yanvar 1946-cı ildə Albaniyada xalq respublikası elan olunmuşdur.[1]

İstinadlar

Əlavə ədəbiyyat

  • Library of Congress Country Study of Albania
  • Bailey, Roderick. The Wildest Province: SOE in the Land of the Eagle. London: Jonathan Cape. 2008. ISBN 9780224079167.
  • Bailey, Roderick. "OSS-SOE Relations, Albania 1943–44". Intelligence and National Security. 15 (2). 2000: 20–35. doi:10.1080/02684520008432601.
  • Bailey, Roderick. Smoke Without Fire? Albania, SOE, and the Communist 'Conspiracy Theory' // Stephanie Schwandner-Sievers; Bernd J. Fischer (redaktorlar ). Albanian Identities : Myth and History. Bloomington: Indiana University Press. 2002. 143–157.
  • Julian Amery, (1948). Sons of the Eagle. MacMillan & Co Ltd London. This book from a British agent with the Royalists during the war has no ISBN but is being reprinted.
  • Fischer, Bernd Jürgen. Albania At War, 1939–1945. West Lafayette, IN: Purdue University Press. 1999. ISBN 978-1-55753-141-4.
  • Fischer, Bernd J. "Resistance in Albania during the Second World War: Partisans, Nationalists and the S.O.E." East European Quarterly. 25 (1). 1991: 21–43.
  • Foot, M.R.D. The Special Operations Executive 1940–1946. Pimlico. 1984. ISBN 0-7126-6585-4.
  • Manelli, Gani. "Partisan Politics in World War II Albania: the Struggle for Power, 1939–1944." East European Quarterly 40, no. 3 (2006): 333–348
  • Pearson, Owen. Albania in Occupation and War: From Fascism to Communism 1940–1945. Albania in the Twentieth Century. II. I.B. Tauris. 2006. ISBN 978-1-84511-104-5.
  • Smiley, David. Albanian Assignment. London: Chatto & Windus. 1984. Foreword by Patrick Leigh Fermor. The SOE in Albania by a brother-in-arms of Julian Amery and Neil "Billy" McLean. With numerous photographs.
  • Smiley, David. Irregular Regular. Norwich: Michael Russell. 1994. ISBN 0-85955-202-0. Translated in French in 2008. Au coeur de l’action clandestine. Des Commandos au MI6, L’Esprit du Livre Editions, (ISBN 978-2-915960-27-3). The Memoirs of a SOE officer in Albania and Thaïland (Force 136), then a MI6 agent (Poland, Albania, Oman, Yemen).
  • Brigadier Edmund Frank "Trotsky" Davies. Illyrian venture: The story of the British military mission to enemy-occupied Albania, 1943–44, Bodley Head, 1952.
  • Xan Fielding One Man in His Time – The life of Lieutenant-Colonel N.L.D. ("Billy") McLean, DSO, Macmillan, London, 1990. Biography of a soldier, SOE agent and Scottish politician.
  • Albania in WWII by Julian Amery, from the Oxford Companion to the Second World War (1995), pp. 24–26

Xarici keçidlər