Alp relyefi
Alp relyefi — kəskin parçalanmış, geniş yayılmış buzlaq formaları ilə (karlar, sirklər, təknələr, karlinqlər və b.) səciyyələnən dağlıq relyef. Alp relyefi yamacları sıldırım qayalı, zirvələri və suayrıcıları iti və diş-diş olur. Alp relyefi dağların yüksəkliyindən daha çox qar xəttinin mütləq yüksəkliyindən asılıdır. Bu xətdən yuxarı, aktiv ekzarasion və nivatsion buzlaq proseslərinin fəaliyyəti kəskin olur. Qütblərə doğru qar xətti get-gedə dəniz səviyyəsinədək endiyindən yüksək en dairələrində Alp relyefi bu səviyyədən başlanır.
Mənbə
- Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006, 679 səh.
Həmçinin bax
🔥 Top keywords: Hadi RəcəbliNaftalanMəhəmməd FüzuliAna səhifəAytən SəfərovaGöygöl (göl)PlanetXarıbülbülAzərbaycanXüsusi:AxtarAbbasqulu ağa BakıxanovGöygölGünəş sistemiQız qalasıMaşın öyrənməsiGöyçə gölüAvtomobilin tarixiXüsusi:SonDəyişikliklərNurlana Əliyeva (filoloq, 1946)BağlayıcıAzərbaycan əlifbasıTəbii fəlakətHeydər ƏliyevXarıbülbül (simvol)Əkinçi (qəzet)Aprel döyüşləriUlduzAyZərf (qrammatika)Köməkçi nitq hissələriFacebookNizami Gəncəviİkinci Qarabağ müharibəsiAzərbaycandakı ən yüksək dağ zirvələriTəyyarəBakıQərbi AzərbaycanFeilƏdat