Altıaçılan

Altıaçılan ya da revolver — 1836-cı ildə Samuel Kolt tərəfindən yaradılmış bir dəfə doldurma ilə birdən artıq atəş açmaq qabiliyyətinə malik olan bir tapançadır. Normal tabançalardan fərqi uzun lüləyə və mərmilərinin qəbzədə deyil, lülənin ortasında olmasıdır. Çoxlu kovboy filmlərində bu silahlardan istifadə edilmişdir. Daraqına ən çox 6 ədəd mərmi ala bilir, adını da, məhz buradan almışdır.[1][2] Müasir dövrə kimi çoxlu versiyaları çıxmışdır. Hələ də istifadə edilir. Ən sonuncu modern versiyası Magnum 45 adı ilə tanınır.

İstinadlar