Amerika mətbəxlərinin siyahısı

Amerika mətbəxlərinin siyahısı — ənənəvi Amerika mətbəxləri, ölkədə və bütün dünyada çox məşhurdurlar. Daha çox milli yeməkləri ilə tanınır. Amerikanın müxtəlif regionlarında müxtəlif növ yemək hazırlanır. Qeyd etmək olar ki, Amerika mətbəxləri regionlara görə fərqlənir, dadların cürbəcürlüyü ilə boldur və dünyanın ən populyar mətbəxlərindən biri kimi sayılırlar. Amerika mətbəxləri dünyanın qədim, zəngin və dadlı mətbəxləridir[1].

Kanada mətbəxi

Əsas məqalə: Kanada mətbəxi

Kanadada yaşayan xalqların ənənəvi mətbəxi. Kanadada inkişaf etmiş, zənginliyi və müxtəlifliyiylə məşhur, yemək bişirmənin bədii istiqamətini ön plana çıxaran bir milli mətbəxdir. Kanada mətbəxinin mənşəyi Orta əsrlərə uzanır[2]. Əksər kanadalılar qida rasionlarına fikir verirlər. Odur ki, bütün dükanlarda alıcılara orqanik və qeyri-orqanik yeməkləri ayrıca təqdim edirlər. Ən milli yeməkləri bunlardır;

Kanada Şimali Amerika qitəsində yerləşən, Amerika Birləşmiş Ştatları ilə, şimali-qərbdə Qrenlandiya ilə həmsərhəd ölkədir. Bildiyimiz kimi, ərazisinə görə (Rusiyadan sonra) dünyanın ikinci ən böyük ölkəsidir. Kanadanın avropalılar tərəfindən işğalınadək burada eskimoslar və hindular yaşayırdı. 1605-ci ildə fransızlar, 1623-cü ildə isə ingilislər Kanada ərazisində ilk yaşayış məntəqələrinin əsasını qoydular. 18-ci əsrin ortalarında (1756-1763) Fransa və Böyük Britaniya arasında yeddi illik müharibədə britaniyalıların qələbəsi nəticəsində Kanada Britaniyanın müstəmləkəsinə çevrilmiş və yalnız 1931-ci ildə müstəqillik əldə etmişdir. çevrilmiş və yalnız 1931-ci ildə müstəqillik əldə etmişdir. Kanada mətbəxi də tarixi və təbiəti kimi maraqlı ölkədir. Qədim və zəngin mətbəxə malik ölkənin hər addımbaşında kafe-restoranlara rast gəlinir. Burada yerli yeməklərlə yanaşı, italyan, fransız, çin, yapon və s. mətbəxləri də yer alıb. Ölkə mətbəxində təbii ətdən hazırlanmış qidalara, xüsusilə də ət və balıq steyklərinə, bifştekslərə, langetlərə üstünlük verilir. Ölkənin ən məşhur yeməklərindən biri «File broşşet»dir ki, bu, file kababına bənzəyir, soğan, sarmısaq, göbələk kimi ərzaqlar ona xüsusi dad verir. Qəlyanaltı kimi isə ən çox paştet, pendir, hisdə qurudulmuş siyənək və dəniz məhsulları təqdim edilir. Kanadalıların ən çox sevdiyi duru yemək balqabaq şorbasıdır. Eləcə də, cənub-şərqi Asiyadan və İtaliyadan gəlmiş makaron məmulatları və müxtəlif əriştələrdən hazırlanmış şorbalar bu xalqın sevimli yeməkləri sırasındadır. Onların qüruru — ağcaqayın siropudur. Bu siropla hər cür fəsəliləri, bulkaları, piroqları və keksləri yemək olar. Kanadalıların sevimli içkisi — pivədir. Onun da «Labatt» və «Molson» növləri xüsusilə geniş yayılıb. Lakin yüksək keyfiyyətli şərabların və spirtli içkilərin çoxu xaricdən gətirilir[10].

Yeməkləri

  • Balıq və pivə
  • Flip pasta
  • Ciqs yeməyi
  • Montreal tərzi simit
  • Montreal isti it (hot dog)
  • Montreal stilində ət
  • Nanaimo bar
  • Oka pendiri
  • Oreilles
  • Pootin
  • Suşi pizza
  • Toutin
  • Sarı noxud şorbası

Şəhər mətbəxləri

Toronto şəhəri Kanadanın iqtisadi mərkəzi hesab olunur

Toronto mətbəxi — Toronto çox əhəmiyyətli çoxmədəniyyətli müxtəlifliyi olan böyük bir şəhərdir[11][12]. Şəhər daxilində xüsusi mətbəxlərə diqqət yetirilir[13].

Maritimes mətbəxi — Kanadanın Maritimes bölgəsi bəzi unikal qidalara malikdir; bölgədə yerli olan qida maddələri vardır. Region Şərqi Kanadadır. Üç əyalətdən ibarətdir: Yeni Brunsuik, Nova Skotia və Şahzadə Edward Adası. Atlantik, Sakit və Şimal Buzlu okeanların sahilində yerləşir, Amerika Birləşmiş Ştatları ilə, şimali-şərqdə Qrenlandiya ilə həmsərhəddir. Yerli və regional yeməkləri ilə məşhurdur[2].

Amerika mətbəxi

Əsas məqalə: ABŞ mətbəxi
Pizza

Amerika mətbəxinin zənginliyi hindililər, afrikalılar, və həmçinin Avropa və Asiya immiqrantların tə’siri nəticəsində formalaşıb. Müxtəlif reqionlarda məskən salan etnik qruplar aşpazlıq mədəniyyətinə tə’sir göstəriblər. Əlavə olaraq, ölkənin böyük ərazisi də Amerika mətbəxinin müxtəlifliyinin səbəblərindən biridir.

Fəstfud

Şübhəsiz, fəstfud anlayışı birbaşa Amerika mətbəxi ilə asosiassiya edilir.[14] Fast fud dedikdə, dərhal ən populyar Amerikan yeməkləri olan hot-doq, hamburqer və ya toyuq qanadları yada düşür. Bu yeməklər hal hazırda bütün dünyada çox populyardır və onları dünya ölkələrin əksəriyyətində dadmaq olar. Amerika mətbəxi ən çox fast fud ilə əlaqələndirilir. Fast fud adətən bayırda nahar zamanı tez tələsik yeyilən çox kalorili və o qədər sağlam olmayan qida deməkdir. Müasir fastfud sənayesinin əsası 1921-ci ildə ABŞ-da qamburger istehsal edən "White Castle" şirkətinin açılması ilə qoyulub. Digər tərəfdən, ən’ənəvi şorbalar, kekslər, marinadlar və yaxud tərəvəz və meyvə tərkibli salatlar həmçinin Amerikan mədəniyyətin bir hissəsidir. Şirin qarğıdalı və balqabaq kimi qidalı tərəvəzlərin vacibliyini nəzərdən qaçırmamalıyıq. Qarğıdalı müxtəlif şəkildə süfrəyə verilir. Yağ və duzla verilən bişmiş qarğıdalı, popcorn, və ya corn dogs - üzərində qarğıdalı xəmiri olan yaxşı qızardılmış sosiskalar ən populyar yeməklərdəndir. Balqabaq burada həmçinin xüsusi tərəvəz sayılır. O, əsasən 31 okyabr tarixində qeyd olunan Hellovinlə əlaqələndirilir. Hellovin zamanı bütün Amerika rəngini narıncı rəngə dəyişir, və evləri lampa şəklində bəzəyən içi oyulmuş bu tərəvəzin yanından keçmək qeyri-mümkün olur. Ən populyar yeməklər balqabaq şorbası və balqabaq piroqudur. Təşəkkür günündə süfrəyə verilən içi doldurulmuş hind quşu, şirin kartof və quşüzümü sousu kimi yeməklər Amerikan mədəniyyətinin ayrılmaz hissəsidir. Bütün ailə süfrənin arxasında yığılıraraq əldə etdiyi məhsula görə tanrıya dua və şükür edir. Amerikada dostlarla görüşmək üçün o qədər səbəb var ki – barbekü, qril qonaqlıqları tez-tez təşkil olunur. Bağda qonaqların qəbulu da çox populyardır. Qrildə ətdən və tərəvəzlərdən tutmuş meyvəyə kimi hər şey bişirmək mümkündür. Amerikan barbekü qonaqlığında adətən müxtəlif souslarla verilən qabırğalar və toyuq qanadları istifadə olunur. Amerikan mətbəxində salatlardan da çox istifadə olunur. Kahı ilə Sezar salatı, vineqret, və ya tərəvəzlər və bərk bişirilmiş yumurta ilə Şefin salatı da çox populyardır. Başqa populyar salatların sırasında mayonezli kələm və yerkökü salatı və kərəviz, alma və qozdan hazırlanan Valdorf salatlarıdır. Duzdür, sağlam və qidalı xörəklərin hazırlanması müəyyən vaxt və səyləri tələb edir. Lakin, bunuda unutmamalıyıq ki, qidanın hazırlanması həmçinin cəhd və fantaziya tələb edən incəsənətdir.

Peru mətbəxi

Peru mətbəxi tam mənasıyla çox istiqamətli olaraq qəbul edilir. Sahil, plato və rütubətli meşələri arasındakı coğrafi fərqliliklər və buna bağlı Perunun Pre-Kolombiyan sakinlərinin bəslənmə ənənələri, İspan zəbtçilərin qismən Ərəblərin təsiri mətbəxləriylə birləşir. 19-cu əsrin ortalarında Çinli immiqrantlar səbəbindən, xüsusi bir çin-Peru mətbəxi meydana gələdi (Chifa). Qara kölələrdən Afrika elementləri də Peru mətbəxinə gətirilər.

Tipik yeməkləri bunlardır.

  • Ceviche (təzə çiy balıq və ya dəniz məhsullarından bir yemək. Nadir olaraq ətdən edilərək, limon suyu və turş soğan ilə marine edilərək xidmət edilər.)
  • Anticucho (şişdə qızartma mal ürəyi)
  • Arroz con Pollo (toyuqlu plov) və Arroz con Pato (ördəkli plov)
  • Ají də gallina (yüngül ağrılı, kremli Chili-soslu toyuq əti)
  • Rocoto Relleno (mal əti ilə doldurulumuş paprika bibəri)
  • Estofado ( et/ət, kartof, misir və kök ilə edilən acı/ağrılı pendir-paprika souslu güveç.)
  • Papa a la huancaina (ağrılı pendir souslu kartof dilimləri)
  • Carapulcra (qurudulmuş kartof və ətdən güveç)
  • Albondigas (et/ət topları)
  • Pachamanca (Quechua „güveç", torpaq güveçte hazırlanmış et/ət və tərəvəz)
  • Chicharrón də Chancho (qalın yağ dərisi olan qovrulmuş donuz əti)
  • Lomo Saltado (soğan və paprika ilə qızardılmış mal dilimləri )
  • Chupe də Camarones (krevet, kartof və tərəvəzli şorba)
  • Çubuq a la Criolla (ölkəyə xas et/ət parçalı makaron şorbası)
  • Tacacho (donuz yağı və qaynadılmış banandan edilmiş küftə)
  • Choclo con queso (qaynadılmış, pendirli misir qoçanı)
  • Cuy Chactado (qızardılmış hintdomuzu)

Perunun ən məşhur spirtli içkisi Pisco bir brendi olub, Pisco Sour və Perú Funt kimi kokteyllərin əsasını təçkil edir. Peruda digər sevilən içkilər Chicha, Chicha Morada və Inca Koladır.

İstinadlar