Anri Hoppenot

Anri Hoppenot (tam adı: Anri Hoppenot, fr. Henri Hoppenot; 25 oktyabr 1891[1][2][…], VIII arondisman (Paris)[3]7 avqust 1977[3], I arondisman (Paris)[3]) — fransız diplomat, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının fransız sədri (1952–1955), Hind-Çinin komissarı (1955–1956) və bu vəzifəni tutan son şəxs.

Anri Hoppenot
fr. Henri Hoppenot
Doğum tarixi25 oktyabr 1891(1891-10-25)[1][2][…]
Doğum yeri
Vəfat tarixi7 avqust 1977(1977-08-07)[3] (85 yaşında)
Vəfat yeri
Fəaliyyətidiplomat
Üzvlüyü

Fəaliyyəti

O, öz fəaliyyətinə 1914-cü ilin avqust ayında Xarici İşlər Nazirliyinin Mətbuat Ofisində başladı. O, burada Aleksis Lejenin (sonralar Sen-Jon Pers) ilə dost olmuşdu; onlar altmış ildən çox dostluq etmişdilər. Onlar nazirliyə gələndə burada artıq diplomat yazıçılar vardı: Jan Jirodu, Pol MoranPol Klodel. O, Dariyus Miyonun librettoçusu idi.[4] 1917-ci ildə Berndəki Fransa Səfirliyində attaşe idi. Yelena Delacur ilə evlənmişdi. 1938-ci ildə Xarici İşlər Nazirliyinin Avropa bölməsinin direktor müavini vəzifəsini icra edirdi. 1940-cı ildə diplomat fəaliyyətinə Montevideoda davam etmişdi.

Anri Azad Fransaya getmiş və Vaşinqton şəhərində hərbi missiyanın mülki xidmətlərinə rəhbərlik etmişdir.[5][6] 1943-cü ildə Respublika Müvəqqəti Hökumətinin ABŞ-dakı nümayəndəsi olmuşdur. Səkkiz ay müvafiq vəzifə boş qaldıqdan sonra 1945–1952-ci illərdə Berndə Fransanın səfiri vəzifəsini icra etmişdir. O, 1944–1953-cü illərdə Cenevrədə Fransanın Baş Konsulu vəzifəsini icra edən Ksavye de Qollun da köməyi ilə iki dövlət arasında inamı bərpa etmək niyyətində idi. 1951-ci ildə Anri, Bern İncəsənət Muzeyinin Fəxri üzvü olmuşdur.

1952–1955-ci illərdə BMT-nin Təhlükəsizlik Şurasında Fransanın daimi nümayəndəsi idi.[7] 1955–1956-cı illərdə Hind-Çində Fransanın komissarı, 1956–1964-cü illərdə isə Fransa Dövlət Şurasının üzvü olmuşdur.

Anri Hoppenot həyat yoldaşı, bacarıqlı fotoqraf Yelena ilə birlikdə Uzaq Şərqdə çəkilmiş fotoşəkillərindən ibarət Extrme-Orient (Ides et Calendes, 1951) adlı kitab hazırlamışdır.

İstinadlar