Araz Musayev

Azərbaycan kikboksçusu

Araz Musayev - Kinboksinq və Muay-Tay üzrə 9 qat Dünya, 3 qat Avropa çempionu, Uşusanda üzrə Azərbaycan çempionu, Beynəlxalq dərəcəli və Əməkdar idman ustası[1][2],[3]

Araz Musayev
Araz Musayev
Şəxsi məlumatlar
Tam adıAraz Musayev
VətəndaşlığıAzərbaycan Azərbaycan Respublikası
Milliyətiazərbaycanlı Azərbaycan Azərbaycan
Doğum tarixi (46 yaş)
Doğum yeriMasallı rayonu, Lürən kəndi
TəhsiliAzərbaycan Beynəlxlaq Universiteti
İdman növüDöyüş
Karyera illəri1998-davam edir
Hərbi rütbəsiPolkovnik-leytenant

Haqqında

Musayev Araz Furqan oğlu 1977- ci il noyabrın 6-da Masallı rayonunun Lürən kəndində anadan olmuşdur. Ailəlidir.

Təhsili

1985-ci ildə Masallı rayonunun Lürən kəndi orta məktəb getmiş və 1995-ci ildə orta məktəbi bitirmişdir. Həmin il Azərbaycan Beynəlxalq Universitetin "Hüquq fakültəsinə" qəbul olmuş, 1999-cü ildə Universiteti bitirib hərbi xidmətə getmişdir.

Əmək fəaliyyəti

Hərbi xidmətdən tərxis edildikdən sonra əmək fəaliyyətinə başlamış, 2007-ci ildən Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətində çalışmış. FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğından icbari sığorta işinə nəzarət şöbəsində baş mütəxəssis vəzifəsində çalışır və daxili xidmət polkovnik-leytenantıdır.[4],[5]

İdman fəaliyyəti

1994-cü ildən peşəkar idmanla məşğul olaraq, dəfələrlə Kinqboksinq-Muay-Tay, Tayboksinq, Uşusanda üzrə Azərbaycan çempionu olmuşdur. 1998-ci ildə ölkə çempionatlarında uğur qazanmağa başlayaraq, ilk idman nailiyyəti ölkə ikinciliyi olmuşdur. Kinboksinq və Muay-Tay üzrə 9 qat Dünya, 3 qat Avropa çempionudur. Beynəlxalq dərəcəli və Əməkdar idman ustasıdır. 2003-cü ildən Muay-Tay və Tayboksinq federasiyalarının vitse-prezidentidir. 2004-cü ildə ilk dəfə olaraq dünya çempionu olmuşdur. Dəfələrlə Azərbaycan Respublikasının Prezidenti tərəfindən müxtəlif mükafatlarla - evlə, fəxri fərmanlarla təltif edilmişdir.[6],[7],[8]

Medalları

Həmçinin bax

Xarici keçidlər

İstinadlar