Arif Məmmədov (nazir)

Azərbaycan SSR ət və süd sənayesi naziri

Arif Hüseynqulu oğlu Məmmədov (2 noyabr 1929, Şahtaxtı, Naxçıvan MSSR9 dekabr 1989, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR ət və süd sənayesi naziri (1971–1985), Azərbaycan SSR Ali Sovetinin IX, XXI çağırış deputatı (1975–1989), Azərbaycan SSR əməkdar mühəndisi (1981).

Arif Məmmədov
bayraq
Azərbaycan SSR Dövlət Aqrar-Sənaye Komitəsi sədrinin müavini
bayraq2
30 dekabr 1985 – 1987
SədrMusa Məmmədov
2 iyul 1971 – 12 dekabr 1985
ƏvvəlkiSəttar Zülfüqarov
Sonrakıvəzifə ləğv edilib
bayraq
Azərbaycan SSR ət və süd sənayesi nazirinin müavini
bayraq2
1965 – 1968
NazirSəttar Zülfüqarov
Şəxsi məlumatlar
Doğum tarixi2 noyabr 1929(1929-11-02)
Doğum yeri
Vəfat tarixi9 dekabr 1989(1989-12-09) (60 yaşında)
Vəfat yeri
Partiya
Fəaliyyətidövlət xadimi, baytar

Təltifləri"Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Xalqlar dostluğu" ordeni
"Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adı — 1981

Fəaliyyəti

Arif Hüseynqulu oğlu Məmmədov 2 noyabr 1929-cu ildə hazırkı Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Şahtaxtı kəndində anadan olmuşdur.[1] Əmək fəaliyyətinə 1943-cü ildə kolxozda baytar-feldşer kimi başlamışdır.[2] 1949-cu ildə Naxçıvan Kənd Təsərrüfatı Texnikumunu, 1954-cü ildə isə Moskva Ət-Süd Sənayesi İnstitutunu bitirmişdir.[1]

Arif Məmmədov 1961–1962-ci illərdə Naxçıvan Vilayət Ət Tədarükü İdarəsinin rəisi, 1962–1963-cü illərdə Naxçıvan vilayət ət kombinatının direktoru olmuşdur. 1963–1965-ci illərdə Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının Ət-Süd Sənayesi İdarəsi rəisinin müavini, 1965–1968-ci illərdə Azərbaycan SSR ət və süd sənayesi nazirinin müavini, 1968–1971-ci illərdə isə Bakı ət kombinatının direktoru vəzifələrində işləmişdir. 1971-ci ildən Azərbaycan SSR ət və süd sənayesi naziri olmuş, 1985-ci ildə nazirlik Azərbaycan SSR Dövlət Aqrar-Sənaye Komitəsinə birləşdirildikdən sonra bu komitədə sədr müavini vəzifəsində çalışmışdır.[1]

Arif Məmmədov 1957-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. Azərbaycan SSR Ali Sovetinin IX, XXI çağırış deputatı seçilmişdir.[3] 1976–1981-ci illərdə Azərbaycan Kommunist Partiyası Təftiş Komissiyasının, 1981-ci ildən isə Azərbaycan KP Mərkəzi Komitəsinin üzvlüyünə namizəd olmuşdur.[4]

"Qırmızı əmək bayrağı" (iki dəfə), "Xalqlar dostluğu" ordenləri və Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı ilə təltif edilmiş, 1981-ci ildə "Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adına layiq görülmüşdür.[1] İttifaq əhəmiyyətli fərdi təqaüdçü olmuşdur.[2]

Arif Məmmədov 9 dekabr 1989-cu ildə avtomobil qəzası nəticəsində həlak olmuşdur.[2]

İstinadlar