Armen Doryan

Vikipediya saytından
Naviqasiyaya keçAxtarışa keç
Armen Doryan
erm. Արմէն Տօրեան
Armen Doryanın eskizi
Armen Doryanın eskizi
Doğum adıHraçiya Surenyan
Doğum tarixi
Doğum yeriSinop, Kastamonu vilayəti, Osmanlı İmperiyası
Vəfat tarixi
Vəfat yeriAnkara vilayəti, Osmanlı İmperiyası
Vəfat səbəbierməni soyqırımı
Milliyyətierməni
Təhsili
Fəaliyyətiredaktor, yazıçı, şair

Armen Doryan (erm. Արմէն Տօրեան, 28 yanvar 1892, Sinop1915[1], Ankara, Ankara vilayəti) — Osmanlı İmperiyası dövründə yaşamış tanınmış erməni şair, müəllim və redaktor.

Armen Doryan 1892-ci ilin yanvar ayının 28-də Osmanlı İmperiyasının Kastamonu vilayətinin Sinop şəhərində anadan olub.[2][3][4]. Doryan İstanbula köçmüş, orada ibtidai təhsilini Pangaltı Mıxitarist Erməni Məktəbində almışdır.[2]. Təhsilini bitirdikdən sonra 1911-ci ildə Fransaya getmiş və işlərini Paris Universitetində davam etdirdi[4][5]. Fransız ədəbiyyat səhnəsinə qatıldı və Fransız qəzeti L'Arène-ni (azərb. Arena‎) qurdu[4][6]. 1913-cü ildə o və digər tanınmış Fransız şairlər, panteist ədəbiyyat məktəbini qurdu[2][5][6]. Doryanın "Fransadakı o zamanki sembolistlər, bu gözəl yuxuları birləşdirən ehtişamlı bir yazı stili ilə o qədər qızdırmalı bir gücü olan bir gənc görmədiklərini…"[4] söylədiyi deyilir. 1914-cü ildə Paris Universitetindən məzun olduqdan dərhal sonra Doryan İstanbulda müəllim oldu və ErməniFransız ədəbiyyatını keçdi.[4][7]

1915-ci ilin Aprel ayının 24-də Armen Doryan şagirdlərinə dərs keçərkən həbs olundu[6]Çanqırıya deportasiya edildi. Orada həbsxanadən çıxarıldı və Ankara yolunda öldürüldü[8][9][10][11]. Öldürüldüyü vaxt 23 yaşında idi.[5]

Həmçinin bax

mənbəni redaktə et

Naviqasiya menyusu