Arnqold adası

Arnqold adasıŞimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir.

Arnqold adası
rus. Остров Арнгольда
Ümumi məlumatlar
Hündür nöqtəsi43 m
Əhalisi0 nəfər (2015-ci il)
Yerləşməsi
79°25′12″ şm. e. 99°59′58″ ş. u.
Ölkə Rusiya
Vilayət
Arxipelaq
Akvatoriya
Arnqold adası xəritədə
Arnqold adası
Arnqold adası

Yerləşməsi

Arxipelaqın mərkəzi hissəsində, Oktyabr İnqilabı adasından 2,7 km məsafədə yerləşir. Arnold adasından şimalda elədə böyük olmayan Pirojok adası adası yerləşir.

Təsviri

Oktyabr İnqilabı adası boyunca cənubda şimala 5,6 km məsafədə uzanır. Adanın eni 3,35 km təşkil edir. Adanın şimalında elədə böyük olmayan körfəz vardır. Adada üç yüksəklik vardır. Onlardan ən hündürü adanın şimal-şərqində yerləşən 43 metr yüksəkliyi olan zirvədir. Burada geodeziya məntəqəsi yerləşir. Cənubunda yüksəklik yüksəklik 35 metrə çatır. Şimal və şərq sahilləri qumluqdur. Sahil sularınfa dərinlik 10 metr, yarım km məsafədə isə 100 metrə çatır. Oktyabr İnqilabı adası ilə Arnold adasını ayıran boğazın maksimal dərinliyi 74 metrdir.

Tarixi

Ada 1913-cü ildə Boris Andreeviç Vilkiskinin rəhbərlik etdiyi ekspedisiya zamanı kəşf edilmişdir. Ancaq ada ilk əvvəllər Oktyabr İnqilabı adasına aid yarımada olaraq zənn edilmişdir. Ada ekspedisiyanın həkimi və Şimal Torpağı adasında L. M. Stradomski ilə birlikdə bioloji növləri toplayan E. Q. Arnqoldun şərəfinə adlandırılmışdır. 1930-cu ildə Nikolay Nikolayeviç Urvansev yarımadanın əslikdə ada olmasını müəyyən edir. Ancaq coğrafi obyektin adı dəyişdirilmir[1].

İstinadlar

Xəritə