Ars Technica

"Ars Technica" (tələffüzü – /Ars-teknika/; latın dilindən – "texnologiya incəsənəti") — ABŞ xəbər və analitik onlayn nəşri. Publikasiyanın məzmunu informasiya texnologiyalarına həsr olunmuşdur. IT mövzusundakı ən populyar şəbəkə nəşrlərindən biridir. Müxtəlif hesablamalara görə, internet portalı 1,5 milyondan 4,5 milyona qədər unikal ziyarətçi cəlb etmişdir.[2]

Ars Technica
Loqonun şəkli
URLarstechnica.com
Tipixəbər saytı[d]
Dilləriingilis dili
Açılma tarixi3 dekabr 1998
Alexa reytinqi
  • 1.282 (28 noyabr 2017)[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Ars Technica" 1998-ci ildə Ken Fişer və Con Stoks tərəfindən yaradılmışdır. Burada elm, texniki icmallar, video oyunlar kimi mövzularda xəbərlər, resenziyalar, təlimatlar, kompüter avadanlıqları və proqram təminatı dərc olunur. Saytdakı məqalələr çox vaxt müəlliflərin subyektiv fikrini əks etdirir, qəzet və jurnallardan fərqli olaraq qeyri-rəsmi dildə yazılır.

İstinadlar

Xarici istinadlar