Asiya hepardı

Asiya hepardı (lat. Acinonyx jubatus venaticus) və ya İran hepardı, Fars hepardı — Hepard növünə daxil olan yarımnövlərdən biri. Əvvəllər əsasən Yaxın Şərq və Hisndistanın müxtəlif ərazilərində yayılmışdır[3][4]. Onların ümumi arealı Şimalda Qafqaz, Mərkəzi Asiya, cənubda Ərəbistan yarımadası, Hind okeanı sahilləri, qərbdə Suriya, Aralıq dənizi sahillərindən tutmuş şərqdə Hindistana qədər uzanırdı. Hazırda isə onlar kiçik bir populyasiyalar şəklində ancaq İran ərazisində qalmışdır. XX əsrdən etibarən ancaq kiçik bir ərazidə qala bilmişlər. 2011-ci ilin dekabr ayından 2013-cü ilin noyabr ayına qədər yayıldığı ərazidə onların 84 fotoşəkili çəkilmişdir[5][6]. 2017-ci ilin dekabr ayına görə İranın mərkəzi yaylasında 140 min km² ərazidə bu canlıların 50-dən çox populyasiyasına rastlanmışdır. 2014 FIFA Dünya Kubokunun İran Milli Futbol Komandası rəmzi olmuşdur.

Asiya hepardı
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Asiya hepardı
Beynəlxalq elmi adı

Asiya hepardı 32 min ildən 67 min ilədək öncə Afrika hepardından ayrılmışdır.

Təsviri

Xarici görkəm baxımından Asiya Hepardlarını Afrika hepardlarından fərqləndirmək olduqca çətindir. Bu əsasən genetik xüsusiyyətlərinə görə müəyyən edilmişdir. Üstəlik bu canlıların xəzinin qalınlığı nisbətən azdır[7]. Bu canlılarda bir qayda olaraq dişilər erkəklərdən kiçik olur. Onların bədən uzunluğu 110–150 sm, quyruqlarının uzunluğu 60–80 sm, ayaq üstə hündürlükləri 70–85 sm, çəkiləri isə 40–60 kq arasında dəyişir.

Yayılması və həyat tərzi

Asiya hepardlarının yayılma ərazisi — dağlıq rayonlar, həmcinin yarımsəhra və quru çöllər. Bu canlılara nadir hallarda meşə massivlərində rastlamaq olar. Onların əsas ov obyektləri çütdırnaqlılardır (dağ qoyunu, ceyran, keçi)[8]. Hazırda isə təbiəytdə iri ot yeyən məməlilərin azalması səbəbindən kiçik çikarlarıda yeyə bilirlər. üstəlik ev heyvanlarına da hücumu qeydə alınır. Bir qayda olaraq yalquzaq həyat tərzi keçirirlər. Ancaq iri heyvanların ovlanması məqsədi ilə kiçik qruplar təşkil edəı bilirlər. Bunlar arasında sayları 4 baş belə ola bilir. Dişilərdə boğazlıq dövrü 85–95 gün davam edir. Adətən 2–6 arası bala doğur[9]. Balaların sərbəst həyata başlaması 12–20 aylarında baş verir. Asiya hepardlarının təbii şəraitdə ömür müddəti 20–25 ildir. Onlar qapalı şəraitdə hec zaman çoxalmırlar.

Əvvəllər Asiya hepardları Ərəbistan və Fələstindən Hindistanın daxili rayonlarına, şimalda isə Qazaxıstana qədər olan ərazidə yayılmışdır. Ancaq onların dərilərinə görə brakonerlər tərəfindən kütləvi ovlanması, ot yeyən heyvanların sayında olan azalma, yayılma arelınmın insanlar tərəfindən mənimsənilməsi onların sayı da azalmağa başlamışdır. Artıq 1947-ci ildə Hindistanda Asiya hepardlarının nəsli kəsilmişdir[10]. XX əsrin 60–80-ci illərdə isə İran istisna olmaqla Yaxın Şərq regionunda bu canlılar yoxa çıxmışdır. 2000-ci ildə ətraf mühitin qorunması cəmiyyələri İranla müştərək şəkildə bu canlıların qorunması məqsədi ilə ölkənin 5 rayonunda tədbirlər görməyə başlamışlar. 2000-ci illərdə aparılan araşdırmalar zamanı vəhşi təbiətdə bu canlıların sayının 50–100 arası olması qeydə alınmışdır[11][12]. Gələcəkdə bu canlıların Pakistan və Hindistan ərazilərinə köçürülərək artırılması planları vardır[13].

İstinadlar