Aslan Rzayev

Aslan Süleyman oğlu Rzayev (21 yanvar 1995, Maştağa13 oktyabr 2020, Hadrut) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi.

Aslan Rzayev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriMaştağa, Sabunçu, Azərbaycan
Vəfat tarixi (25 yaşında)
Vəfat yeriXocavənd rayonu, Azərbaycan
Dəfn yeriMaştağa, Sabunçu, Azərbaycan
VətəndaşlığıAzərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
Xidmət illəri2020
Rütbəsi Çavuş
Döyüşlərİkinci Qarabağ müharibəsi
 • Füzulinin azad edilməsi
 • Hadrutun azad edilməsi
Təltifləri"Vətən uğrunda" medalı — 2020 "Xocavəndin azad olunmasına görə" medalı — 2020 "Füzulinin azad olunmasına görə" medalı — 2020

Həyatı

Aslan Rzayev 1995-ci il yanvarın 21-də Sabunçu rayonunun Maştağa qəsəbəsində anadan olub.[1]

Ailəli olub və bir oğlu var.

Hərbi xidməti

Azərbaycan Ordusunun çavuşu olan Aslan Rzayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı FüzulininHadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Aslan Rzayev oktyabrın 13-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Sabunçu rayonunun Maştağa qəsəbəsində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aslan Rzayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Aslan Rzayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Aslan Rzayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[4]

Təltifləri

İstinadlar