Atauro adası

Atauro (port. Ataúro, tetum Ataúru) — Şərqi Timorun ərazisində yerləşən iki adadan biri (ikinci ada — Jaku adası). 2010-cu il məlumatına görə adada 8602 nəfər[1] təşkil edir. Əhalinin böyük əksəriyyəti Maumeta şəhərində yerləşir. Ada Dili şəhər dairəsinə daxildir.

Atauro adası
port. Ataúro, tetum Ataúru
Ümumi məlumatlar
Sahəsi140,5 km²
Əhalisi8.602 nəfər (2010-cu il)
Yerləşməsi
8°15′ c. e. 125°35′ ş. u.
Ölkə Şərqi Timor
Akvatoriya
Atauro adası xəritədə
Atauro adası
Atauro adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Adı

Yerli dildən tərcümədə adanın adı "Keçi" mənasını verir. Görünür, bu, adada vaxtı ilə çoxlu sayda keçinin saxlanılması ilə əlaqədardır.

Coğrafiyası

Adada şirinsu mənbəyi çatışmır. Adada olan su mənbələri tam təminata imkan vermir. 2004-cü ildə Portuqaliya bu məqsədlə əraziyə maliyyə ayırmışdır. Adada iki mövsüm vardır:quru və yağışlı Rütübətli tropik meşələr dağ arası vadilər üçün xarakterikdir. Adanı Timora bərə birləşdirir. Bərə ilə yolçuluq 2 saat çəkir.

İstinadlar