Avro disko

Avrodisko (ing. Euro disco) – elektron rəqsinin birləşmiş formasıdır. Təxminən Avro disko janrı 1970-ci illərdə formalaşmağa başlamışdır.[1] Bu janrdan ən çox 1980-cı illərdə istifadə edilirdi. 1980-cı illərin əvvəllərində "Secret Service" qrupunun "Oh Susie" mahnısı, "Laid Back" ifaçısının "High society girl" mahnısı, Fransız ifaçısı F. R. Devidin "Pick up the phone" mahnısı, "Yello" qrupunun "Daily disco" mahnısı və digər musiqiçilər tərəfindən ifa edilən mahnılar, Avro disko janrının populyarlaşmasında mühüm rol oynamışdı. Almaniyanın Modern Talking, C.C.Catch, Bad Boys Blue, Silent Circle kimi musiqi qrupları, Sandra Kretu, Sabrina Salerno və digər populyar müğənnilər mahnılır əksər hissəsini məhz bu janrda ifa etmişlər.

Avro disko
ing. Euro disco
İstiqamətAvrodens
MənbəsiDisko
Yarandığı dövr1980-cı illər
ÖlkəAlmaniya Almaniya
Tipik alətSintezator
Törəmə formalarAvrodens

İstinadlar