Avstraliya musiqisi

Avstraliya musiqisiAvstraliya ərazisində formalaşmış musiqi. Avstraliya musiqisi müxtəlif musiqi cəmiyyətlərindən ibarət geniş tarixə malikdir. Avstraliyanın yerli musiqisi minlərlə il əvvələ gedib çıxan unikal irsin bir hissəsidir. Çağdaş Avstraliya musiqisində Yerli və Qərb üslublarının birləşməsi Avstraliyanın dünya musiqisinə verdiyi töhfəni açıq şəkildə göstərir.

ABŞ Prezidenti Corc Volker Buş aborigen mahnısını dinləyir. 2007=ci il il.

Tarixi

Avstraliya İttifaqının yerli sakinləri mahnı və rəqslərini qoruyub saxlamışlar. Mahnı yaradıcılığı geniş yayılmışdır. Mahnıları, adətən, məişət və dini mərasim rəqsləri ilə müşayiət olunur. XVIII əsrin sonunda Avstraliya Britaniyanın müstəmləkəsinə çevrildikdən sonra ölkədə Avropa musiqisi yayılmağa başlamışdır. XX əsrdə Persi Qreyncer, A. Hill, A. Bencamin və başqaları opera, simfoniya, kamera və xor əsərləri yaratmışdır. Avstraliya İttifaqında bir neçə konservatoriya, simfonik orkestrlar, kamera musiqi assoasiyası, opera məktəbi, Avstraliya Bəstəkarları Gildiyası (1935-ci ildən) və s. var. 1960-cı ildən Adelaida şəhərində ildə iki dəfə incəsənət festivalı keçirilir.[1]

İstinadlar

Əlavə ədəbiyyat

Xarici keçidlər