Avstriya-Prussiya müharibəsi

Avstriya-Prussiya müharibəsi (Almaniya tarixində həm də Alman müharibəsiYeddihəftəlik müharibə, İtaliya tarixində isə Üçüncü istiqlaliyyət müharibəsi kimi tanınır) — 1866-cı ildə Prussiya krallığıİtaliya ilə Avstriya imperiyası arasında baş vermiş hərbi münaqişə.

Avstriya-Prussiya müharibəsi
Almaniyanın birləşdirilməsi (1871),
Risorcimento
Georq Blaybtroy. Köniqqres döyüşü, 1869.
Georq Blaybtroy. Köniqqres döyüşü, 1869.
Tarix14 iyun23 avqust 1866 (2 ay 9 gün)
YeriAlmaniya, Bohemiya, Şimali İtaliya
SəbəbiAlmaniya uğrunda Avstriya-Prussiya rəqabəti, İtaliyanın Venesiya, Triest, Trient və Cənubi Tirol ərzilərinə iddiası
NəticəsiPrussiyanın qələbəsi, Praqa və Vyana sülh müqavilələri
Münaqişə tərəfləri

 Avstriya İmperiyası

Prussiya krallığı

Komandan(lar)

I Frans İosif

I Vilhelm

Tərəflərin qüvvəsi

517123 nəfər[1]

637262 nəfər[2]

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Müharibədə ümumilikdə 29 dövlət bilavasitə iştirak etmiş, onlardan 13-ü Avstriya, 16-sı Prussiya tərəfində olmuşdur. Müharibə yeddi həftə davam etmişdir (15 iyun - 26 iyul 1866). Avstriya iki cəbhədə vuruşmaq məcburiyyətində qalmış, 1856-cı ildən bəri texnoloji çatışmazlığı və siyasi təcrid edilməsi onun bu müharibədə məğlubiyyətinə səbəb olmuşdur. 3 iyul 1866-cı ildə baş vermiş Sadova döyüşündə general-feldmarşal Moltkenin komandanlıq etdiyi Prussiya qoşunları Avstriya ordusunu darmadağın etdilər.

Avqustun 23-də bağlanmış Praqa sülh müqaviləsinə görə, Avstriya Holşteyni Prussiyaya verdi və Alman Birliyini tərk etdi. 1866-cı il müharibəsinin siyasi nəticəsi Avstriyanın rəhbərliyi altında Alman dövlətlərini birləşdirməkdən imtina etməsi və Almaniyadakı hegemonluğunu Şimali Alman İttifaqına, yeni bir konfederativ dövlət quruluşuna rəhbərlik edən Prussiyaya keçməsi oldu.

İstinadlar