Azərbaycan Şahmat Federasiyası

Azərbaycan Şahmat Federasiyası və ya qısaldılmış adı ilə AŞFAzərbaycanda şahmata nəzarət edən rəsmi qurum.

Azərbaycan Şahmat Federasiyası
AŞF
Növüİdman Federasiyası
Yaranma tarixi1920 (1992)
Rəsmi diliAzərbaycan dili
MərkəziXaqani küçəsi 1, Bakı, Azərbaycan
SədrMahir Məmmədov
Üzvləri1000+ (2012)
chess.az

1920-ci ildə Sovetlər Birliyi dövründə, Azərbaycan Şahmat Federasiyası yaradıldı. 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, 1992-ci ildə Azərbaycan Şahmat Federasiyası, Beynəlxalq Şahmat Federasiyası (FIDE)-ye üzv olmuşdur.

2002-ci ildə Bakıda Avropa çempionatı, 2003-cü ildə Naxçıvan Muxtar Respublikasında gənclər arasında dünya çempionatı keçirilmişdir. Azərbaycan şahmatçıları dünya və Avropa çempionatların da 33 qızıl, 25 gümüş, 24 bürünc medal qazanmışlar. 2007–2010 illərdə Bakıda bir neçə beynəlxalq yarış, qadınlar arasında beynəlxalq şahmat turniri, Heydər Əliyevin xatirəsinə həsr edilmiş "Qran-pri", "Prezident kuboku" beynəlxalq turnirləri, "Bakı Open — 2010" yarışları keçirilmişdir.

2007-ci ildə Azərbaycan Respublikası Mərkəzi Bankın sədri Elman Rüstəmov federasiyanın prezidenti seçilmişdir. 2021-ci ildən federasiya prezidenti Mahir Məmmədovdur.

İcraiyyə Komitəsi

Federasiyanin Prezidentləri

Həmçinin bax

Mənbə

  • Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 2-ci cild: Argentina – Babilik (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2010. səh. 548. ISBN 978-9952-441-05-5.

Xarici keçidlər