Qarabağ yürüşü

(Azərbaycan etirazları (2020) səhifəsindən istiqamətləndirilmişdir)

Qarabağ yürüşü[1]2020-cı ilin 12-15 iyul tarixlərində Azərbaycanda Tovuz döyüşlərinin nəticələrinə görə başlayan aksiya.

Qarabağ yürüşü
YerAzərbaycan
Tarix14 iyul 2020
SəbəbTovuz döyüşləri zamanı Azərbaycan ordusunda əsgər və yüksək rütbəli zabitlərin itkisi əlaqədar etirazlar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

2020-cı il iyulun 14-də Ermənistan silahlı qüvvələrinin bölmələri səhər saatlarından başlayaraq Tovuz rayonunun təmas xəttində yerləşən bölmələrini artilleriya atəşinə tutması nəticəsində Azərbaycan ordusunun general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyev həlak olur. Üstəlik düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun 5 hərbi qulluqçusu da şəhid olur.[2] Bunun ardından iyulun 14-ü saat 16:00 radələrində Sumqayıtda[3]Əhmədlidə[4] “Qarabağ yürüşü” başlayır, burada yüzlərlə iştirakçı “Azərbaycan!”, “Qarabağ bizimdir!”, “Şəhidlər ölməz, Vətən bölünməz!!” və "Sumqayıt, yatma, şəhidimiz var"[5] kimi sözlər səsləndirdi. Sonra nümayişlər minlərlə iştirakçı toplayaraq Bakının digər bölgələrinə də yayıldı.[6] İştirakçılara görə, təxminən 15 min nümayişçi var idi. Qız Qalasına çatdıqdan sonra nümayişçilər Şəhidlər xiyabanına yönəldilər. Saat 23: 30-da nümayişçilər Şəhidlər Xiyabanına çatdılar.[7] Burada nümayişçilər "Ya Qarabağ ya ölüm!!"[8] və "Karantin bitsin, müharibə başlasın!".[8] Bu zamana qədər yürüş dinc xarakter daşıyır.

İlkin nümayişlərdən sonra bir qrup Milli Məclisə yürüş təşkil edir.[9] Milli Məclisin birinci mərtəbəsində toplaşan nümayişçilər bir sıra parlament əmlakına 22.150 manat dəyərində ziyan vurmuşlar.[10] Polis nümayişçiləri binanı tərk etməyə çağırır. Ardından polis nümayişçiləri parlament binasından çıxarır.[11]

Xaricdəki etirazlar

Ölkə xaricində olan bir sıra şəhərlərdə (Berlin, Kaliforniya, Paris, Moskva) etirazlar başlayıb. Londonda isə Ermənistan öz səfirliyi etiraz olunakən Azərbaycan tərəfdən insanlar ilə toqquşması ilə nəticələnib.

İstinadlar

Xarici keçidlər