Azərbaycandilli radio kanalların siyahısı

Azərbaycandilli radio kanalların siyahısıAzərbaycandilli radio kanalların siyahısı

Azərbaycanda ilk azərbaycandilli radio 6 noyabr 1926-cı ildə[1] Azərbaycan Dövlət Radiosunun (indiki Radio Respublika) yaradılması ilə yaranmışdır. 1930-cu ildə[2] Naxçıvan şəhərində yerli radionun yaradıması ilə ilk Azərbaycandilli regional radio yaranmışdır. 1953-cü idlə Almaniyanın Münhen şəhərində ABŞ Konqresinin maliyyələşdirdiyi qeyri-kommersiya təşkilatı olan Azadlıq Radiosunun Azərbaycanca xidmətinin yayıma başlaması ilə ilk dəfə olaraq Azərbaycandan xaricdə Azərbaycandilli radio yaranmışdır.[3]

26 may 1994-cü ildə ANS ÇM radiostansiyasının fəaliyyətə başlaması ilə Azərbaycan ərazisində ilk Azərbaycandilli özəl radio yaranmışdır.[4][5] 5 oktyabr 2002-ci ildə Azərbaycan Respublikasının 3-cü Prezidenti Heydər Əliyevin 794 saylı fərmanı ilə televiziyaradio yayımı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək və bu fəaliyyəti tənzimləmək məqsədilə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası yaradılmışdır.[6] Şuranın əsas vəzifəsi televiziya və radio yayımçılarının fəaliyyətini tənzimləmək, yayım zamanı ictimaiyyətin maraqlarını qorumaq, televiziya və radio yayımı haqqında qanunvericiliyə əməl edilməsi üzərində nəzarəti həyata keçirməkdir. Yayımı Teleradio İstehsalat Birliyi həyata keçirir. Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının 2008-ci ildə verdiyi qərara əsasən 1 yanvar 2009-cu il tarixindən etibarən ölkənin "Teleradioyayım haqqında" qanununa uyğun olaraq Azərbaycan tezliklərində BBC, Azadlıq və Amerikanın səsi radiostansiyalarının yayımı dayandırılmışdır.[7]

Ümumrespublika

Dövlət

Qeyd: xronoloji ardıcıllıqla sıralanmışdır.

LoqoRadionun adıTezlikİnternet səhifəsiSahibiYarandığı ilQeyd
Azərbaycan Radiosu105.0www.aztv.az/canli/radio Arxivləşdirilib 2012-06-17 at the Wayback MachineAzərbaycan Televiziya və Radio Verilişləri QSC6 noyabr 1926[1]
İctimai Radio90.0www.90fm.azİctimai Televiziya və Radio Yayımları Şirkəti10 yanvar 2006[8]
ASAN Radio100.0www.asanradio.az Arxivləşdirilib 2016-08-29 at the Wayback MachineASAN xidmət24 dekabr 2015
Avto FM107.7www.autofm.az Arxivləşdirilib 2014-06-21 at the Wayback MachineNəqliyyatı İntellektual İdarəetmə Mərkəzi2 aprel 2013[9]

Özəl

Qeyd: xronoloji ardıcıllıqla sıralanmışdır.

LoqoRadionun adıTezlikİnternet səhifəsiSahibiYarandığı ilQeyd
100.5 FM100.5Burc FM LTD25 iyun 1998[10]
Radio Antenn101.0www.antenn.azAntenn Müstəqil Teleradio Kompaniyası12 may 1998[11][12]
Azad Azərbaycan radiosu106.3www.106–3fm.azAzad Azərbaycan Müstəqil Teleradio Kompaniyası28 may 1998[13]
106 FM106.0www.106fm.azAzad Azərbaycan Müstəqil Teleradio Kompaniyası5 mart 1999[14][15]
Space Radio104.0Space Müstəqil Televiziya və Radio Şirkəti12 oktyabr 2001[16][17]
Radio Xəzər103.0Xəzər TV MMC10 may 2008[18]
Media FM105.5www.mediafm.azDigital Media MMCfevral 2009[19]
Araz FM103.3www.arazfm.azAraz MMC4 aprel 2011[20][21]

Regional

Qeyd: xronoloji ardıcıllıqla sıralanmışdır.

Dövlət

LoqoRadionun adıTezlikİnternet səhifəsiSahibiYarandığı ilMərkəziQeyd
Naxçıvan radiosuNaxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti1930[2]Naxçıvan
Naxçıvanın səsi100.3www.nakhchivan.az/portal-1/nax-sesiNaxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi19 iyul 2001[22]Naxçıvan

Özəl

LoqoRadionun adıTezlikİnternet səhifəsiSahibiYarandığı ilMərkəziQeyd
Kəpəz FM93.3www.kepezfm.azAzərbaycan Regional Televiziyalarının İstehsalat Birliyi5 fevral 2013Gəncə

Peyk, internet, kabel

Qeyd: xronoloji ardıcıllıqla sıralanmışdır.

LoqoRadionun adıİnternet səhifəsiSahibiYarandığı ilMərkəziQeyd
Azadlıq Radiosu[q 1]www.azadliq.orgAzadlıq Radiosu1953[3]Praqa
Radio Avropawww.avropa.azOxu məni qəzeti28 may 2010[23]Bakı, Niderland
İ Radiowww.iradio.azİrəli & 1news.az10 oktyabr 2010[24]Bakı
Radio Muzwww.muz-tv.azMuz TV10 oktyabr 2010Bakı
ORadiowww.oradio.az Arxivləşdirilib 2014-06-30 at the Wayback Machine7 oktyabr 2011[25]Bakı
Day.az Radiowww.day.az/radio/Day.az?Bakı
Radio Baijanwww.baijanfm.us[ölü keçid]Radio Baijan6 avqust 2016Bakı
Anti Radiowww.antiradio.netAnti Radio7 aprel 2022Bakı

Xaricdə fəaliyyət göstərən

LoqoRadionun adıİnternet səhifəsiSahibiYarandığı ilMərkəziQeyd
Amerikanın səsiwww.amerikaninsesi.orgAmerikanın səsi1952Vaşinqton

Fəaliyyətini dayandırmış

LoqoRadionun adıTezlikİnternet səhifəsiSahibiYarandığı ilQapandığı ilTipiMərkəziQeyd
BBC Azərbaycanca103.3www.bbc.co.uk/azeriBBC30 noyabr 19941 yanvar 2009BakıVerilişləri bəzən "Araz" və "ANS ÇM" radiolarında yayımlanırdı.
Jazz FM107.0www.lidertv.com/radioLider-Media Holdinq15 noyabr 19991 iyun 2021ÜmumrespublikaBakıMaliyyə problemləri səbəbindən fəaliyyəti dayandırıldı.
Muğam Radiowww.mugamradio.az5 fevral 20131 aprel 2014İnternetBakı
Europa Plus Baku107.7www.baku.europaplus.ru Arxivləşdirilib 2014-11-22 at the Wayback Machine
101.7 FM101.7
Radio Sara104Rəsul Rauf19949 oktyabr 1999Bakı
Dinamik FMwww.dinamik.fm26 dekabr 20122 yanvar 2014İnternet
ANS ÇM102.0www.ansradio.wsANS Müstəqil Yayım və Media Şirkəti26 may 1994[4][5]18 iyul 2016ÜmumrespublikaBakı
Buta FMbutafm.az"Butafm Radio və Televiziya" Məhdud Məsuliyyətli Cəmiyyəti3 oktyabr 201624 dekabr 2016İnternetBakı
Radio NEXTwww.radionext.az Arxivləşdirilib 2014-08-03 at the Wayback MachineRadio NEXT Media Co.4 aprel 2008[26]Bakı
Xəzərin səsiwww.radio.khazar.orgXəzər Universiteti2009Bakı
Lady Radiowww.ladyradio.az Arxivləşdirilib 2014-10-02 at the Wayback Machine3 mart 2011Bakı
Radio MORwww.radiomor.az Arxivləşdirilib 2014-08-17 at the Wayback Machine11 may 2011Bakı
Radio Azerbaijanwww.radio.azerbaijans.com Arxivləşdirilib 2014-08-11 at the Wayback Machineazerbaijans.com15 aprel 2012İnternetBakı

Qeydlər

İstinadlar

Həmçinin bax

Xarici keçidlər