Azad Şəmsiyev

Azad Şəmsiyev (tam adı: Azad Əhməd oğlu Şəmşiyev; 7 may 1916, Şuşa – 21 oktyabr 1967, Bakı) — Neftqaz quyuları qazılması sahəsində alim, texnika elmləri doktoru, professor, Böyük Vətən Müharibəsi iştirakçısı (1941–1945), AzETNÇİ, Azərbaycan Elmlər Akademiyasında böyük elmi işçi, Azərbaycan EA DNQYPİ-da "Dağ süxurlarının mexanikası" laboratoriya rəhbəri.

Azad Şəmsiyev
Azad Əhməd oğlu Şəmşiyev
Doğum tarixi
Doğum yeriŞuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi (51 yaşında)
Vəfat yeriBakı, Azərbaycan SSR, SSRİ
VətəndaşlığıSSRİ SSRİ
AtasıƏhməd Şəmsiyev
AnasıSükeynə Şəmsiyeva
Elmi dərəcəsiTexniki elmləri doktoru
Elmi adıProfessor
İş yeriAzərbaycan Elmlər Akademiyası
TəhsiliAzərbaycan Sənaye İnstitutu
TanınırNeft və qaz quyularının qazılması, dag süxurlarının dağıdılmasının mexanikası sahəsində tanınmış alim
MükafatlarıОрден Красной Звезды WW2 Victory USSR OBVERSE

Həyatı

Azad Əhməd oğlu Şəmşiyev 7 may 1916-cı ildə Şuşa şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutuna daxil olmuşdur.1941-ci ildə Neft və qaz quyularının qazılması ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini bitirib.

1961–1967-ci illərdə Azərbaycan EA DNQYPİ-da "Dağ süxurlarının mexanikası" laboratoriyasının rəhbəri kimi çalışmışdır.

Azad Şəmsiyev neft ve qaz quyularının qazılması, dağ süxurlarının dağıdılmasının mexanikası sahəsində tanınmış alimdir.

Azad Şəmşiyev 21 oktyabr 1967-ci ildə Bakı şəhərində vəfat edib.

Əmək fəaliyyəti

Azad Şəmsiyev Kirov-da neftə trestində qazıma ustası köməkçisi vəzifəsində əmək fəaliyyətinə başlamışdır.


Böyük Vətən Müharibəsi iştirakçısıdır. 1945–1949-cu illərdə Avstriya -nın Vena şəhərində Sovet neft idarəsində böyük mühəndis, şirkətin direktoru işləmişdir. 1949-cu ildən, Azərbaycan EA Neft institutu -nda fəaliyyətə başlamışdır.

1954-cü ildə Azərbaycan BA Neft ekspedisiyasında aspirant olarkən, "Qazımada uçmaların səbəblərinin təhlili" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Daha sonra AzETNÇİ da və Azərbaycan EA Azərbaycan neft və qaz yataqlarının işlənilməsi institutunda böyük elmi işçi işləmişdir. 1961–1968-ci illərdə Azərbaycan EA DNQYPİ-da "Dağ süxurlarının mexanikası" laboratoriyasının rəhbəri olmuşdur. 1962-ci ildə "Neft və qaz quyularının qazılması zamanı süxurların uçulması və alət tutucularının təbiətinin tədqiqi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

Elmi tədqiqatları

Elmi tədqiqatların sahəsi: quyularda müxtəlif mürəkkəbləşmələrin yaranması səbəblərinin aşkar edilməsi, quyu İülələrində qum tıxaclarının ləğv edilməsi məsələləri, mürəkkəbləşmiş şəraitlərdə quyuların qazılmasının nəzəriyyə praqtikasının tədqiqi; hidromonitor pərli və saroşkalı baltaların öyrənilməsi; dağ süxurlarının dağıdılması.

30-dan artıq elmi məqalənin və bir monoqrafiyanın müəllifi olub.

Mükafatları

A. Şəmsiyev Qırmızı Ulduz ordeni və medallarla təltif olunmuşdur.

Mənbə

  • Azərbaycanın neftçi alimləri /AMEA Geologiya İnstitutu; tərt.ed. Ə.M.Dadaşov; red.hey. Ak. A.Əlizadə, M.T.Abasov, Q.İ.Calalov, Q.M.Əfəndiyev.- B.: "Nafta-Press", 2007.- 252, [2] s.: portr., 24 sm/. (Səh. 220–221)

Xarici keçidlər