Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycan Respublikasının ali elmi idarəsi
(Azərbaycan Elmlər Akademiyası səhifəsindən istiqamətləndirilmişdir)

Azərbaycanın Milli Elmlər Akademiyası və ya qısaca: AMEAAzərbaycan Respublikasında dövlətin təsis etdiyi ali elmi qurum, Respublikanın ali elmi idarəsi.[2]

Azərbaycan Milli Elmlər Akademiyası
(AMEA)
Loqonun şəkli
AMEA-nın əsas binası
AMEA-nın əsas binası
Ümumi məlumatlar
ÖlkəAzərbaycan Azərbaycan
Yaradılıb23 yanvar 1945
Əvvəlki adıAzərbaycan SSR Elmlər Akademiyası
Digər məlumatlar
Prezidentİsa Həbibbəyli[1]
İşçi sayı3510
ÜnvanBakı, İstiqlaliyyət küç., 30 AZ1001
Telefon(+994 12) 5392693
(+994 12) 5108659
Saytscience.gov.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanına əsasən çap mediası subyektinin təsisçisi ola bilən 10 dövlət orqanından biridir.[3]

Tarixi

Azərbaycan elminin, onun intellektual dəyərlərinin milli sərvət kimi qəbul edilməsində Azərbaycan Xalq Cümhuriyyətinin (1918–1920) mühüm rolu olmuşdur. Bakı Universitetinin yaranması, azərbaycanlı tələbələrin Avropa ali məktəblərinə göndərilməsi milli dilin, mədəniyyətin intişarı bütövlükdə Azərbaycan elminin inkişafına mühüm təsir göstərən amillərdən olmuşdur. 1920-ci ilin əvvəllərində respublikada elmi tədqiqatlar əsasən Azərbaycan Dövlət Universitetində (indiki BDU) mərkəzləşmişdi. 1920–1922-ci illərdə burada humanitar, tibbtəbiət bölmələrindən ibarət elmi assosiasiya təşkil edilmiş və fəaliyyət göstərmişdir.

1925-ci ildə Cəmiyyət Azərbaycan Hökumətinin sərəncamına verildi.

1923–1929-cu illər arasında Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti fəaliyyət göstərmişdi. Həmin cəmiyyətin sədri Əbdürrəhim bəy Haqverdiyev, üzvlərindən biri isə Məhəmmədhəsən bəy Vəlili-Baharlı seçilmişdi. 1929-cu ildə bu cəmiyyət yenidən təşkil edilərək Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu (DETİ) adlandırılmışdı. İnstitutun təbiət, biologiya, tarixetnoqrafiya, dilçilik, ədəbiyyatincəsənət, fəlsəfə, Sovet Şərqi və xarici Şərq, dövləthüquq bölmələri var idi.

1932-ci ildə Azərbaycan DETİ əsasında SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Şöbəsi təşkil edildi. Şöbəyə R. Axundov rəhbərlik edirdi. Şöbədə 11 bölmə və bir neçə komissiya fəaliyyət göstərirdi. Bir sıra məşhur alimlər – F. Y. Levinson-Lessinq, İ. M. Qubkin, A. A. Qrossheym, N. Y. Marr, İ. İ. Meşşanov, A. N, Derjavin, İ. Q. Yesman, ilk Azərbaycan alimlərindən Bəkir Çobanzadə, Vəli Xuluflu, M. Əfəndiyev, Abdulla Tağızadə, Salman Mümtaz, Ağamir Məmmədov və başqaları burada elmi-tədqiqat işləri aparırdılar.

1935-ci ilin oktyabrında şöbə SSRİ EA Azərbaycan Filialına çevrildi. Filialın yanında mövcud bölmələr əsasında Kimya, Botanika, ZoologiyaTarix, EtnoqrafiyaArxeologiya, DilƏdəbiyyat Elmi-Tədqiqat institutları, habelə Energetika, Fizika, Geologiya, Torpaqşünaslıq sektorları yaradıldı. Filialın Rəyasət Heyətinin sədri əvvəl akad. İ. M. Qubkin, sonralar isə akad. S. S. Namyotkin oldu.

SSRİ Xalq Komissarları Sovetinin 1945-ci il 23 yanvar tarixli qərarı ilə filial Azərbaycan EA-na çevrildi. Bu vaxt akademiyanın 4 bölməsi, 16 elmi-tədqiqat institutu, elmi-tədqiqat şöbəsi, 3 muzeyi, mərkəzi elmi kitabxanası, Naxçıvan, Gəncə, XankəndiQubada elmi bazaları var idi. Həmin il Azərbaycan EA-na 15 həqiqi üzv seçildi. Onun ilk heyətinə Ü. Hacıbəyov, S. Vurğun, M. İbrahimov, Y. Məmmədəliyev, M. Qaşqay, A. A. Qrossheym, S. Dadaşov, İ. Q. Yesman, M. Mirqasımov, Ş. Əzizbəyov, Ə. Əlizadə, M. Topçubaşov, M. Hüseynov, H. Hüseynovİ. İ. Şirokoqorov daxil oldu. 1945-ci il martın 31-də akademiyanın həqiqi üzvlərinin ilk ümumi iclasında Mir Əsədulla Mirqasımov prezident seçildi. Sonrakı illərdə Yusif Məmmədəliyev (1947–1950, 1958–1961), Musa Əliyev (1950–1958), Zahid Xəlilov (1961–1967), Rüstəm İsmayılov (1967–1970), Həsən Abdullayev (1970–1983), Eldar Salayev (1983–1997), Fəraməz Maqsudov (1997–2000), Mahmud Kərimov (2001–2013), Akif Əlizadə (2013–2019), Ramiz Mehdiyev (2019–2022) Akademiyanın prezidenti olmuşlar. 2022-ci il 25 oktyabrda akademik İsa Həbibbəyli prezident seçilmişdir.[4]

Azərbaycan SSR Elmlər Akademiyasının ilk Rəyasət Heyətinin həqiqi üzvləri (1945-ci il): Oturanlar (soldan sağa): Səməd Vurğun (1906–1956), İosif Yesman (1868–1955), Üzeyir Hacıbəyov (1885–1948), Ələşrəf Əlizadə (1911–1985), Elmlər Akademiyasının ilk prezidenti Mirəsədulla Mirqasımov (1883–1958), İvan Şirokoqorov (1869–1946), Aleksandr Qrossheym (1888–1948), Mustafa Topçubaşov (1895–1981); Ayaqüstə (soldan sağa): Yusif Məmmədəliyev (1905–1961), Mirzə İbrahimov (1911–1993), Şamil Əzizbəyov (1906–1976), Heydər Hüseynov (1908–1950), Mirəli Qaşqay (1907–1977), Sadıq Dadaşov (1905–1946), Mikayıl Hüseynov (Üseynov) (1905–1992)

Təsisçiləri

Müasir dövr

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 may 2002-ci il tarixli 81 saylı qərarına əsasən AMEA-da struktur dəyişikliyi edilmişdir.

İnformasiya Telekommunikasiya Elmi Mərkəzinin (İTEM) bazasında İnformasiya Texnologiyaları İnstitutu (İTİ), Radiasiya Tədqiqatları sektorunun (RTS) bazasında Radiasiya Problemləri İnstitutu (RPİ) yaradılmışdır. İTİ-nun əsas fəaliyyət istiqamətləri yeni informasiya texnologiyaları əsasında müxtəlif sahələrin informasiyalaşdırılması, intellektual kompüter şəbəkələri və sistemlərinin yaradılması, informasiya təhlükəsizliyinin təmin olunmasıdır. Radiasiya Problemləri İnstitutunun əsas fəaliyyət istiqamətləri radiasiya texnologiyası, radiasiya təhlükəsizliyi, qeyri-ənənəvi enerji çevrilmə problemləri, ekologiya, radioekologiyadır. AMEA-nın Rəyasət Heyəti aparatının şöbələrindən biri Elmi, texniki və innovativ fəaliyyətin təşkili şöbəsidir. 10 Noyabr 2022-ci ildə şöbəyə texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Hüseynov Hüseyn Cəlil oğlu təyin olunmuşdur.[5]

AMEA-nın Rəyasət Heyəti aparatının şöbələrindən biri İctimaiyyətlə əlaqələr və informasiya şöbəsisidir. Şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürovdur.[6]

19 yanvar 2023-ci ildə AMEA-nın Rəyasət Heyətinin aparatında sənədlərin elektron dövriyyəsi sisteminin yaradılması, informasiya texnologiyalarından istifadənin imkanlarının elmdə və idarəetmədə genişləndirilməsi, kibertəhlükəsizliyinin təmin edilməsi və s. ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə AMEA-nın Rəyasət Heyəti aparatının strukturunda əlavə maliyyə vəsaiti və ştatlar tələb olunmadan daxili imkanlar hesabına “Elektron Akademiya” şöbəsinin yaradılıb.[7] “Elektron Akademiya” şöbəsinə rəis AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin əməkdaşı, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Fariz İmranov təyin olunub.[8]

Üzv olduğu və əməkdaşlıq etdiyi təşkilatlar

  • 10 aprel 2023-cü ildə Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin geniş tərkibdə görüşü olmuşdur və Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması çərçivəsində “Azərbaycan Milli Elmlər Akademiyası və Qazaxıstan Respublikasının Milli Elmlər Akademiyası arasında elm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanmışdır. Sənədi Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli və “Qazaxıstan Respublikasının Milli Elmlər Akademiyası” Respublika İctimai Birliyinin prezidenti, akademik Murat Jurinov imzalayıblar.[10]
  • 5 iyul 2023-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası ilə Bolqarıstan Elmlər Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır. Müqavilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli və Bolqarıstan EA-nın prezidenti, akademik Yulian Revalski tərəfindən imzalanmışdır.[11]
  • Beynəlxalq Elmi Şuranın (ISC) tamhüquqlu üzvüdür.[12]

Strukturu

Azərbaycanın Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binası (İsmailiyyə Sarayı)

Regional bölmələri

  1. AMEA Naxçıvan bölməsi
  2. AMEA Gəncə bölməsi

Regional elmi mərkəzləri

  1. AMEA Şəki Regional Elmi Mərkəzi
  2. AMEA Lənkəran Regional Elmi Mərkəzi
  3. AMEA Quba Regional Elmi Mərkəzi

Prezidentlər

Aşağıdakı siyahıda Azərbaycan Elmlər Akademiyasının yarandığı gündən bu günə kimi bütün prezidentlərinin siyahısı verilmişdir.

#Prezidentin adıBaşlama tarixiBitmə tarixiQeyd
1Mir Əsədulla Mir Ələsgər oğlu Mirqasımov31 mart 19451947vəfat edib
2Yusif Heydər oğlu Məmmədəliyev194719501-ci dəfə
3Musa Mirzə oğlu Əliyev19501958vəfat edib
4Yusif Heydər oğlu Məmmədəliyev195819612-ci dəfə
5Zahid İsmayıl oğlu Xəlilov19611967vəfat edib
6Rüstəm Hacıəli oğlu İsmayılov19671970vəfat edib
7Həsən Məmmədbağır oğlu Abdullayev19701983vəfat edib
8Eldar Yunis oğlu Salayev19831997vəfat edib
9Fəraməz Qəzənfər oğlu Maqsudov19972000vəfat edib
10Mahmud Kərim oğlu Kərimov200110 fevral 2013vəfat edib
11Akif Ağamehdi oğlu Əlizadə25 aprel 201322 oktyabr 2019
12Ramiz Ənvər oğlu Mehdiyev23 oktyabr 201914 fevral 2022
-Arif Məmməd oğlu Həşimov19 fevral 202225 oktyabr 2022Prezident vəzifəsinin icraçısı[13]
13İsa Həbibbəyli[14]
25 oktyabr 2022Hal-hazırda

Həmçinin bax

İstinadlar

Xarici keçidlər