Quqark rayonu

(Böyük Qarakilsə rayonu səhifəsindən istiqamətləndirilmişdir)

Quqark rayonu[2][3], Kirovakan rayonu, Böyük Qarakilsə rayonuErmənistan Respublikası ərazisində mövcud olmuş rayon. Rayon mərkəzi əvvəlcə Yaqublu (Meğrut) qəsəbəsi, sonralar isə Quqark şəhəri olmuşdur. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 149 km-dir.

Rayon
Quqark rayonu
İnzibati mərkəzKirovakan, Yaqublu (Pəmbək)
Tarixi və coğrafiyası
Yaradılıb09.09.1930
Ləğv edilib11 aprel 1995
Əhalisi
Əhalisi20 368[1] (1989) nəfər
Quqark rayonu xəritədə

Tarixi

1930-cu il sentyabrın 9-da yaradılıb. 1935-ci il yanvarın 3-ə qədər Böyük Qarakilsə rayonu (1930–1935)[3], həmin tarixdən 1962-ci ilə, yəni ləğv olunana qədər Kirovakan rayonu (1935–1962) adlandırılmışdır.[3] 1964-cü ildə yenidən bərpa edilmiş və 1995-ə yəni yenidən ləğv edilənə qədər Quqark rayonu[2][3] adlandırılıb. Ərazisi 766 kv.km-dir.

Böyük Qarakilsə rayonunun ərazisi Çar Rusiyası dövründə Yelizavetpol quberniyasının Qazax qəzasına daxil olub. Rayon ərazisini Pəmbək yarıb keçir. Qərbi Azərbaycanın Pəmbək mahalının bir hissəsi bu rayonun ərazisinə düşür.

1988-ci ilə qədər azərbaycanlıların yaşamaqda davam etdikləri və həmin il tərk etməyə məcbur olduqları yaşayış məntəqələri:Hallavar, Yuxarı Kilsə, Mollaqışllaq, Xancığaz, Heydarlı, Aşağı kilsə, Vartana, Yaqublu, Arçut, Böyük Qarakilsə.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin müxtəlif fərmanları ilə Böyük Qarakilsə rayonu üzrə dəyişdirilmiş tarixi yer adları:

Qədim türk adıİndiki adıDəyişdirilmə tarixi
Böyük QarakilsəKirovakan03.01.1935
Böyük Qarakilsə rayonuKirovakan rayonu03.01.1935
XaçkəndDebed03.01.1935
BozigahHəmzəçimən
DərəkəndDozarakyuğ
QamışqutYeğəknut03.01.1935
HacıkəndDebed03.01.1935
XancığazGözəldərə01.06.1940
HacıqaraMakaraşen01.03.1946
SarımsaxlıKaraberd04.04.1946
YaqubluMeğrut01.04.1946
ŞahəliVahaqni10.04.1947
KolagirənAntaramut10.09.1948
BuzovdalBazum25.01.1978
Kolagirən qəsəbəsiDzorakert25.01.1978

Həmçinin bax

İstinadlar

Xarici keçidlər