Bəhruzə bəyim

Bəhruzə bəyimSəfəvilər dövlətinin hökmdarı Şah I İsmayılın xanımı.

Bəhruzə bəyim
Şəxsi məlumatlar
Həyat yoldaşı

Haqqında

O kəniz olaraq Səfəvilər dövlətində Şah İsmayıl Xətainin hərəminə daxil olmuş və şahın sevimlisinə çevrilmişdir.[1] Çaldıran döyüşündən sonra Osmanlılar Təbrizi işğal etmişdilər.[2] Bu zaman İsmayılın bütün hərəmi və xanımı Bəhruzə bəyim Sultan Səlim tərəfindən əsir götürülmüşdür.[3][4] Bəhruzə bəyim İstanbulda qazı-əsgər Tacızadə Cəfər Çələbiyə verilmişdir.[5] İsmayıl onu geri qaytarmaq üçün Səlimə dörd elçi göndərmiş, hədiyyələr təqdim etmiş və əvvəlki mübadilələrindən fərqli olaraq Səlimə təriflər söyləmişdir. Səlim Bəhruzə bəyimi geri vermək əvəzinə elçilərin burnunu kəsib əliboş geri göndərmişdir.[6] Ümumiyyətlə, Şah İsmayıl Xətainin Bəhruzə adlı həyat yoldaşının əsir düşməsinin qaynağı osmanlı mənbəsi - "Tacüt təvarix" əsəridir. Müəllifi Xoca Sadəddin Əfəndi olan bu əsərdə belə qeyd edilirː

Döyüşdə əsir düşən Taclı, Osmanlının əlindən qaçmağa nail olmuş, lakin əsir qalan və Cəfər Çələbi ilə evləndirilən Şahın digər xanımı Bəhruzə olmuşdur[7]

İran tarixçilərindən Hüseyin Mir Cəfərinin apardığı tədqiqatın nəticəsində gəldiyi qənaətə görəː

Heç bir Səfəvi qaynağı Şahın həyat yoldaşının əsir düşməsi barədə məlumat vermir. Əgər Bəhruzə adlı bir qadın əsir alınıbsa da, o da çox böyük ehtimal ki, hər hansı bir qadın olmuş və həyatını xilas etmək üçün Şahın həyat yoldaşı olduğunu demişdir.[8]

Hətta Şah İsmayılın həyatı barədə ətraflı məlumat verən və Namiq Musalı tərəfindən tədqiq edilən "Tarixi aləm arayi Şah İsmayıl" adlı əsərdə də yalnız Taclı bəyim haqqında məlumat var. Bəhruzə xanımın adı çəkilmir.[9]

İstinadlar