Bəkir Vahab

Bəkir Vahab (17 aprel 19151944, Litva) — krım tatar şairi, 1938-ci ildən SSRİ Yazıçılar İttifaqının üzvü[1][2].

Bəkir Vahab
krımtat. Bekir Vaap
Doğum tarixi17 aprel 1915(1915-04-17)
Vəfat tarixi1944
Vəfat yeri
Təhsili
  • M. V. Frunze adına Krım Dövlət Pedaqoji İnstitutu[d] (–1937)
Fəaliyyətiyazıçı

Həyatı

Bəkir Vahab 17 aprel 1915-ci ildə anadan olub. Simferopolda yerləşən 13 nömrəli 9 illik nümunəvi krım tatar məktəbini bitirib. Məktəbi bitirdikdən sonra Krım Pedaqoji İnstitutuna daxil olub və buranı da 1937-ci ildə bitirib. İlk əsərlərini "Yaş kuvet", "Sovet ədəbiyyatı" jurnallarında və "Qızıl Kırım" qəzetində çap etdirib. 1938-ci ildə Qafar Bulqanaklı və Qəni Muradla birlikdə "Yaşlık yırları" (Gənclik mahnıları) adlı şeirlər toplusunu nəşr etdirib. 1944-cü ildə Qırmızı ordunun tərkibində Litvada Qayturlevka kəndi ətrafında gedən döyüşlərdə dünyasını dəyişib[1][2].

1990-cı ildə Daşkənddə Bəkir Vahabın şeirlərindən ibarət "Yazılıb bitirilməyən şeirlər" toplusu işıq üzü görüb[1].

Həmçinin bax

İstinadlar

Xarici keçidlər