Bakı qalası (film, 1969)

Bu məqalə 1969-ci ildə çəkilmiş sənədli film haqqındadır. Digər mənalar üçün Bakı qalası (film) səhifəsinə baxın.

Bakı qalası qısametrajlı sənədli televiziya filmi rejissor Tofiq Mirzəyev tərəfindən 1969-cu ildə çəkilmişdir. Azərbaycan Televiziyasında istehsal edilmişdir.

Bakı qalası
Fayl:Bakı qalası (film, 1969).jpg
Janrsənədli
qısametrajlı
RejissorTofiq Mirzəyev
Ssenari müəllifiTofiq Mirzəyev
OperatorFaiq Aslanbəyov
İstehsalçı"Ekran"
İlk baxış tarixi1969
Filmin növüqısametrajlı sənədli televiziya filmi
ÖlkələrAzərbaycan Azərbaycan SSR
Dilazərbaycanca
İl1969
Texniki məlumatlar1 hissə
232 metr
Rəngağ-qara

Məzmun

"Bu mənim şəhərimdir". Film aparıcının bu sözləri ilə başlanır. Sonra tamaşaçılar Bakının görməli yerlərinə seyrə çıxır, qoruq muzeyi olan Bakı qalası-İçəri şəhəri gəzir, qədim Şirvanşahlar sarayı ilə tanış olur, xarici səyyahların İçəri şəhər haqqında təssüratlarını dinləyirlər.[1]

Filmdə "Qaya" vokal kvartetinin ifasında müxtəlif mahnılar səslənir.[1]

Filmin üzərində işləyənlər

Ssenari müəllifi: Tofiq Mirzəyev
Rejissor: Tofiq Mirzəyev
Operator: Faiq Aslanbəyov

İstinadlar

Həmçinin bax

Azərbaycan filmlərinin siyahısı
1969-cu ilin Azərbaycan filmləri
1960-cı illər Azərbaycan filmlərinin siyahısı