Bakbo

Bakbo (vyet. Bắc bộ), həmçinin Tonkin (fr. Le Tonkin) — Vyetnamda tarixi və coğrafi region. Vyetnamın ən şimal və geniş hissəsidir

Hind-Çin İttifaqı daxilində Tonkin protektoratı.

Tarixi

Bakbo Fransa Hind-Çini dövründə general Eduard Jamon komandanlığı altında Fransa ordusu tərəfindən fəth edilmiş və "Tonkin protektoratı" adlandırılmışdır.[1][2]

1954-cü ildə Cenevrə razılaşmasının nəticələrinə görə, Tonkin və Annamın şimal hissəsi (17-ci paralelə qədər) Şimali Vyetnamın (VDR) bir hissəsi olmuşdur. 1964-cü ilin avqustunda ABŞ-nin Vyetnam müharibəsinə açıq müdaxiləsinin başlanmasının səbəblərindən biri Tonkin körfəzi olayı adlanan hadisə idi. Burada ABŞ və Şimali Vyetnam donanmalarının iştirak etdiyi iki epizod baş tutmuşdur.

Hal-hazırda Bakboya Vyetnamın 16 əsas inzibati vahidi, o cümlədən 14 vilayət, Hanoy və Hayfonq şəhərləri daxildir.

İstinadlar