Bako Saakyan

Bako Sahaki Sahakyan (erm. Բակո Սահակյան, 30 avqust 1960, Stepanakert) — Qondarma Dağlıq Qarabağ Respublikasının 3-cü prezidenti. Xocalı soyqırımında iştirak etmişdir.[1] İlk dəfə 19 iyul 2007-ci ildə prezident seçilib. 19 iyul 2012-ci ildə ikinci dəfə beş il müddətinə yenidən seçilib, təxminən üçdə iki səs toplayıb.[2] 2017-ci ildə üç il müddətinə dolayı olaraq yenidən seçildi. İki dəfə beş il müddətinə prezident postunu tutan Arkadi Qukasyanın əvəzinə Saakyan gəldi.

Bako Saakyan
erm. Բակո Սահակի Սահակյան
7 sentyabr 2007 – 21 may 2020
ƏvvəlkiArkadi Qukasyan
SonrakıArayik Harutyunyan
1999 – 2001
Şəxsi məlumatlar
Doğum tarixi30 avqust 1960(1960-08-30) (63 yaş)
Doğum yeri
Partiya
Təhsili
  • Xankəndi Pedaqoji İnstitutu[d]
Fəaliyyətisiyasətçi, hərbi qulluqçu
Həyat yoldaşıAnahit Saakyan
DiniErməni Həvari kilsəsi
Hərbi xidmət
Qoşun növüSovet Ordusu, Qondarma Dağlıq Qarabağ Müdafiə Ordusu
Rütbəsigeneral

TəltifləriBöyük Tiqran ordeni "Vətən qarşısında xidmətlərinə görə" medalı
president.nkr.am/ru/home/
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Saakyan 1960-cı ildə Azərbaycan SSR-nin Xankəndi şəhərində anadan olub. Sovet ordusunda xidmət etdikdən sonra Xankəndi fabrikində doqquz il işləmişdir. 1990-cı ildə Dağlıq Qarabağ Müdafiə Ordusuna qoşuldu və bu vəzifədə komandir müavini oldu.[3] 1999-cu ildə Qondarma Dağlıq Qarabağ Respublikasının Daxili İşlər naziri seçilib. 2001-ci ildən 2007-ci ilin iyununa qədər Dağlıq Qarabağın təhlükəsizliyinə rəhbərlik etmiş,[2][4][5] 2007-ci ildə Dağlıq Qarabağda keçiriləcək prezident seçkilərində iştirak etmək üçün istefa vermişdi. 2023-cü il oktyabr ayının 3-də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılaraq Bakıya gətirilmişdir.[6]

İstinadlar

Xarici keçidlər