Baksan rayonu

Baksan rayonu (kab.-çərk. Бахъсэн район / Бахъсэн куей, qaraç.-balk. Бахсан район[4]) - Rusiya Federasiyası, Kabarda-Balkariyanın tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Baksan şəhəridir (rayonun ərazisinə daxil deyil).

Baksan rayonu
Бахъсэн район / Бахъсэн куей[1]

43°41′ şm. e. 43°32′ ş. u.


Ölkə
İnzibati mərkəzBaksan
Tarixi və coğrafiyası
Yaradılıb1921
Sahəsi
  • 829,58 km²
Hündürlük
476 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 63.414 nəf. (2019)[3]
Rəqəmsal identifikatorlar
Telefon kodu86634
Rəsmi sayt
Baksan rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafiyası

Baksan rayonu Kabarda-Balkariya Respublikasının şimal hissəsində yerləşir. Aşağıdakı ərazilərlə həmsərhəddir: şimalda Stavropol diyarı, şərqdə Proxladnenski, cənub-şərqdə Urvan rayonu, cənubda Çeqem rayonu, cənub-qərbdə Elbrus rayonu, qərbdə Zolski rayonu. Rayonun mərkəzi hissəsinə onun inzibati vahidliyinə daxil olmayan Baskan şəhər dairəsi yerləşir.

Baksan şəhər dairəsinin inzibati ərazi quruluşunun təşkili ilə əlaqədar olaraq, Baksanyonok və Kişpək kənd yaşayış məntəqələri Baksan rayonunun ərazisinin qalan hissəsindən ayrılmışdır.

Zonallıq üzrə rayonlaşdırmaya görə, rayon ərazisi cənubdan şimal-şərqə qədər 3 zonaya bölünür: dağ, dağətəyi və ovalıq. Baksan rayonunun ümumi sahəsi 829.58 km²-dir. Bunlardan 750,35 km² kənd yaşayış məntəqələri tərəfindən idarə olunur.

Rayonun ən böyük çayları Baksan və Malka. Digər əhəmiyyətli çaylar Kurkujin, Xatakum, Baksanyonok, Qeduko, Psarışa və başqalarıdır. Baksan çayından Malkaya su ötürən Baksano-Malkinski kanalı mühüm rola malikdir. Bundan əlavə rayon ərazisi zəngin bulaqlara sahibdir. Ən məşhuru Qeduko istidır bulaqlarıdır.Zəngin yeraltı minerallara sahibdir: əhəng, tüf, vulkanik kül, gil. Adı çəkilən minerrallar yüksək keyfiyyətli kərpic istehsalına imkan verir.

Tarixi

Kabarda Muxtar Vilayətinin yaradılması haqqında Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə 1 sentyabr 1921-ci ildə Baksan rayonu təşkil edilir. 1924- cü ildə rayona daxil olan bəzi yaşayış məntəqələri yeni yaranmış Naqornı və Primalka rayonlarına verilir.

30 sentyabr 1931- ci ildə Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Baksan dairəsi əsasında Baksan rayonu yəşkil olundu. 2005-ci ildə rayonda kənd sovetlikləri ləğv edildi və kənd yaşayış məntəqələri statusu ilə 13 bələdiyyə quruldu.

Əhali

2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[5]:

XalqSay,
nəf.
Ümumi əhaliyə
olan nisbəti, %
kabardinlər58 33195,67 %
ruslar1 3792,26 %
balkarlar9131,50 %
digərləri2870,47 %
milliyyətini bildirməyənlər600,10 %
ümumi60 970100,0 %
Cins tərkibi

2010-cu il Ümumrusiya siyahıya alınmasına olan məlumat[6]:

YaşKişilər,
nəf.
Qadınlar,
yaş.
Ümumi
say.
ümumi əhaliyə
olan nisbət, %
0 — 14 yaş6 8356 83213 66722,42 %
15 — 59 yaş19 70620 40040 10665,78 %
60 yaşdan yuxarı2 7064 4917 19711,80 %
ümumi29 24731 72360 970100,0 %

Kişilər — 29 247 nəf. (48,0 %). Qadınlar — 31 723 nəf. (52,0 %).

Əhalinin orta yaşı — 33,0 yaş. Kişilərin orta yaşı — 31,8 yaş. Qadınların orta yaşı — 34,0 yaş.

Mənbə

İstinadlar