Balleni adaları

Balleni adaları (ing. Balleny Islands) — Üç böyük adadan və çoxlu sayda kiçik adalardan ibarət, insan yaşamayan arxipelaqdır. Vulkan mənşəli Cənub okeanı (Somov dənizi) və cənubdan Yeni Zelandiya ilə əhatələnmişdir.

Balleni adaları
ing. Balleny Islands
Balleni adalarının kosmosdan görünüşü
Balleni adalarının kosmosdan görünüşü
Ümumi məlumatlar
Ümumi sahəsi791,9 km²
Hündür nöqtəsi1524 m
Əhalisi0 nəfər (2012-ci il)
Yerləşməsi
66°55′00″ c. e. 163°45′00″ ş. u.
Ölkə Antarktida
Akvatoriya
Balleni adaları xəritədə
Balleni adaları
Balleni adaları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafiyası

Arxipelaqa üç böyük ada daxil olur — Yanq, Bakl və Sterj adaları. Həmçinin bir çox xırda adacıqlardan və qayalardan ibarətdir.

Ada/QayaSahəsi,
km²
Hündür nöqtəsi,
m
Yanq qrupu
Seal Rocks0,015
Pillar0,051
Yanq225,4Friman Zirvəsi 1340
Rou1,7183
Bоrrаdeil3,5381
Beale Pinnacle0,061
Bakl qrupu
Bakl123,61238
Scott Cone0,031
Eliza Cone0,067
Chinstrap Islet0,0
Sabrina adaları0,290
The Monolith0,179
Sterj qrupu
Sterj437,4Braun zirvəsi 1524
Bütün791,91524
Bak adaları xəritədə (ortada)

Adaların hündürlüyü dəniz səviyyəsindən 1524 m yüksəkliyə qədər çatır. Ərazinin çox hissəsi buzlaqlarla örtülmüşdür.[1] Arxipelaqın uzunluğu təxminən 160 kilometrə qədər uzanır.

Adalarda Adeli pinqviniAntarktika pinqvininlərinin böyük koloniyaları yerləşir.

Adalar Antarktika haqqında konvensiyaya görə Yeni Zelandiyaya yaxın olan Antarktika ərazisinə (Rossa ərazisi) daxil edilmişdir.

Tarixi

Adalar 1839-cu ildə ingilis dəniz səyyahı Con Balleni tərəfindən aşkar edilmişdir. Səyyahın şərəfinə adalar bu cür adlandırılmışdır.

İstinadlar