Basketbol topu

Basketbol topu — basketbol oyunu üçün doldurulmuş top. Narıncı rəngdə olan topun üzərində qara zolaqlarla ayrılmış 8 bölmə olmalı. Top sferik formada olmalı. Topun çəkisi (rəsmi qəbul olunmuş 7 ölçü) 567—650 q, çevrəsi — 749—780 mm-dir. Bəzən daha kiçik ölçülü topdan istifadə olunur: kişi komandalarının oyununda istifadə olunan toplar «7 ölçü », qadın komandaları üçün — «6 ölçü ». Mini-basketbol oyunlarında — «5 ölçü »[1] istifadə olunur. Basketbol topları iki tipdə olur: ancaq qapalı binalar üçün (ing. indoor) və universal, yəni həm qapalı binalarda, həm də açıq sahələrdə, küçələrdə (ing. indoor/outdoor) oynamaq üçün.

Ənənəvi 8-bölməli top
Dribblinq

Basketbol topunun ölçüsü

Ümumən basketbol toplarının ölçülərinə görə bölgüsü belədir: Ən böyük ölçü (7 ölçü) rəsmi olaraq kişi komandalarının yaraşı üçün qəbul olunmuş.[2].

ÖlçüÇevrə uzunluğu, mmÇəkisi, q
7 ölçü749–780567–650
6 ölçü724–737510–567[3]
5 ölçü690–710470–500
3 ölçü560–580300–330

Basketbol topu üzərində təxminən 35 min nöqtə (qabarcıq) olur[4][5].

Dünyanın əsas top istehsalçıları

Spalding

Spalding basketbol topu

Spalding — Sprinqfild (Massaçusets) şəhərində xüsusi idman vəsaitləri istehsal edən şirkətdir. Şirkətin əsasını Albert Spaldinq qoymuş. O ilk topu Neysmit Ceymsin şərəfinə istehsal etmiş. Xaricdə basketbol topu istehsal edən şirkət 1983-cü ildən NBA üçün top istehsalına başladı[6]. Spalding — dünyada ilk rəsmi basketbol oyunu üçün top hazırlamış şirkətdir[7].

2006-cı ilin iyununda NBA 2006–2007-ci mövsüm üçün yeni rəsmi top təqdim etdi. Bu yeni Spalding (Cross Traxxion) topu idi. Yeni dizayn və fərqli örtüyə malik olan topu oyun zamanı daha rahat tutmaq və hiss etmək mümkün idi[8]. Süni materialdan hazırlanan bu top dəri topla müqayisədə daha dözümlü idi. Bu qərarı NBA son 35 il ərzində verdi. Ancaq oyunçuların etirazları əsasında assosiyasiyanın komissarı Devid Stern 11 dekabr 2006-cı ildə yenidən dəri topla oynamağa qərar verdi. 2007-ci ildə Spalding Dünya küçə basketbol turu Ball4Real[9] (stritbol) yarşlarının rəsmi top təminatçısı oldu.

Molten

Molten basketbol topu

Molten Corporation — Yaponniyanın idman malları istehsal edən şirkəti. Molten dünya üzrə əsas basketbol, valeybolfutbol topları istehsal edən beş şirkətdən biridir. Molten topları artıq 20 ildir ki, Olimpiya oyunlarının rəsmi və eksklyüziv basketbol topudur. Şirkətin aşağıdakı qüvvədə olan rəsmi müqavilələri var:

Rusiya Basketbol Federasiyasının — BGL7-RFB bölməsi üzrə keçirilən bütün rəsmi oyunlarda.

Wilson

Wilson basketbol topu

Çikaqo şəhərində idman malları istehsal edən şirkət. Şirkət yüksək keyfiyyətli Solution topları istehsal edir. Bu toplar oyun boyu rütubəti toplamaq və nizamı pozmamaq xüsusiyyətinə malikdir. Solution Milli Tələbə İdman Assosiasiyasının rəsmi topudur.(НАСС, ing. NCAA)[11]

Nike

Nike — dünyaca məşhur idman malları istehsalçısı. Nike şirkəti rəsmi olaraq ULEB-in keçirdiyi oyunlar üçün top istehsalı müqavilsinə malikdir. Filippində Milli Tələbə Oyunları Assosiyasının oyunlarında Nike toplarından istifadə olunur (ing. University Athletic Association of the Philippines, UAAP). Yarışlarda 4005 Official Tournament Balls top modelindən istifadə olunur.

Həmçinin bax

İstinadlar