Bavariya-İnqolştadt hersoqluğu

Bavariya-İnqolştadt hersoqluğu (alm. Bayern-Ingolstadt‎) və ya Yuxarı Bavariya-İnqolştadt (alm. Oberbayern-Ingolstadt‎) 1392–1447-ci illərdə Müqəddəs Roma İmperiyasının tərkibində olan bir dövlət idi.[1]

 Müqəddəs Roma imperiyasının bir hissəsi
Bavariya-İnqolştadt hersoqluğu
alm. Bayern-Ingolstadt
alm. Oberbayern-Ingolstadt
Gerb
Gerb
 
 
1392 — 1447

Paytaxtİnqolştadt
Dövlət dinikatolisizm

Tarixi

Hersoqluğun yaradılmasının kökləri bavariyalı Müqəddəs Roma imperatoru IV Lüdviqin ölümünəcən uzanır. Lüdviqin imperiyasını parçalayan 1349-cu ildə imzalanmış Landsberq müqaviləsinə görə oğulları Stefan, Vilhelm və Albert Aşağı BavariyaNiderlandı birgə idarə etməli idilər. Dörd il sonra 1353-cü il Regensburq müqaviləsi ilə miras yenidən bölündü; Stefan Bavariya-Landsxutun yeni hersoqu edildi. 1363-cü ildə Stefan eyni zamanda Yuxarı Bavariya hersoqu oldu və onu yenidən Bavariya-Landsxut ilə birləşdirdi. Stefanın ölümündən sonra onun üç oğlu hersoqluğu birgə idarə edirdi. Lakin 1392-ci ildə Bavariya-Landsxut yenidən üç hersoq üçün bölündü və beləliklə, Bavariya-Münhen və Bavariya-İnqolştadt yaradıldı. Bavariya-İnqolştadtın ilk hersoqu II Stefanın oğlu III Stefan olmuşdur.

1413-cü ildə Stefanın ölümündən sonra VII Lüdviq atasının taxtına oturdu. 1429-cu ildə Bavariya-Ştraubinqin bəzi hissələri Bavariya-İnqolştadtla birləşdirildi. Lüdviq, öz oğlu VIII Lüdviq 1443-cü ildə taxt-tacını qəsb edənə və onu düşmənləri Bavariya-Landsxut hersoqu XVI Henrixə təslim edənə qədər hersoqluq etdi. VIII Lüdviq iki il sonra öldü. Atası isə əsirlikdə öldü. Varisi olmayan Bavariya-İnqolştadt Bavariya-Landsxuta qaytarıldı.[2]

Ərazisi

Bavariya-İnqolştadt Bavariyadakı müxtəlif, bitişik olmayan torpaqlardan bir yerə yığılmış dövlət idi. Paytaxt İnqolştadt idi və onun ətrafındakı əraziləri də əhatə edirdi: Şrobenhazuen, Ayxax, Fridberq, Reyn-am-Lex və Höştadt-an-der-Donau. Bundan əlavə, hersoqluq aşağıdakı şəhərləri birləşdirirdi:

  • Cənubi Bavariya:
    1. Vasserburq-am-İnn
    2. Ebersberq
    3. Kufşteyn
    4. Kitzbüel
    5. Rattenberq
  • Şərqi Bavariya:
    1. Şardinq
    2. Dinqolfinq
    3. Mallersdorf-Pfaffenberq
  • Şimali Bavariya:
    1. Hilpoltşteyn
    2. Hersberq
    3. Lauf-an-der-Peqnitz
    4. Veyden-in-der-Oberpfalz
    5. Valdmünhen

İstinadlar