Benin 2008 Yay Olimpiya Oyunlarında


Benin, 2008-ci ildə Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində keçirilmiş XXIX Yay Olimpiya Oyunlarında 5 idmançı ilə 3 idman növündə təmsil olunub. Bu olimpiada Beninin müstəqil ölkə kimi yarışlara qatıldığı sayca səkkizinci, ümumilikdə isə doqquzuncu olimpiada olub. Benin ilk dəfə 1972-ci il Münhen olimpiadaları zamanı Daqomeya Respublikası adı altında çıxış etmişdir.[a] Benin nümayəndə heyəti 2008-ci ildə üç idman növündə: yüngül atletika, üzgüçülüktaekvondo yarışları üzrə beş idmançı ilə təmsil olunub.[2][3] Yüngül atlet Fabyen Feraez bayraqdar olaraq açılış mərasimində Benin bayrağını daşımışdır.[4] Benin idmançılarından heç biri Olimpiya Oyunlarında isti ölkə təmsilçisi üçün medal qazana bilmədi.[5][6][7]

Benin Olimpiya Oyunlarında

Benin bayrağı
BOK Kodu BEN
MOKBenin Milli Olimpiya və İdman Komitəsi
2008 Yay Olimpiya Oyunları
Pekin
İştirakçılar5 idmançı (idman növü:3)
BayraqdarFabyen Feraez (Açılış və bağlanış)
Medallar
Yer: 0
Qızıl
0
Gümüş
0
Bürünc
0
Ümumi
0
Olimpiya tarixi

Yay Olimpiya Oyunları

1972  • 1976  • 1980  • 1984  • 1988  • 1996  • 2000  • 2004  • 2008  • 2012  • 2016

Ümumi məlumat

Əsas məqalə: Benin Olimpiya Oyunlarında

Beninin Olimpiya Oyunlarında debütü 1972-ci ildə Münhen şəhərində keçirilmiş XX Yay Olimpiya Oyunlarında baş tutub. Pekində baş tutan 2008 Yay Olimpiya Oyunlarına qədər Benin Olimpiya Oyunlarında səkkiz dəfə iştirak etmişdir. Ölkə Daqomeya Respublikası adı altında debütünü də 1972 Yay Olimpiya Oyunlarında gerçəkləşdirmişdir. Respublika Olimpiya Oyunlarında iki atlet ilə təmsil olunmuşdur.[8] Beninin ən çox idmançı ilə təmsil olunduğu Olimpiya Oyunları Moskvada təşkil olunan 1980 Yay Olimpiya Oyunları olmuşdur. Ölkə bu oyunlarda 16 idmançı ilə təmsil olunmuşdur.[9] Benin 2008 Olimpiya Oyunlarında 5 idmançı ilə Yüngül atletlər Fabyen Feraez və Matyu Qnaqliqo; üzgüçülər Alois Dansou və Qloriya Koussiouede; taekvondoçu Cin Moloyse Oqoucobi ilə təmsil olunmuşdur.[3]

Qeydlər

İstinadlar