Bethesda Game Studios

Bethesda Game Studios (azərb. Bethesda Oyun Studiyaları‎) — Kompüter oyunlarının inkişafında ixtisaslaşan, 2001-ci ildə yaradılan və valideyn şirkəti Bethesda Softworks olan ABŞ xüsusi şirkəti. Şirkətin loqosu və adı 2002-ci ildə, "The Elder Scrolls III: Morrowind" satışa çıxarılan zaman qurulmuşdur. Şirkətin rəhbəri icraçı prodüser Todd Hovarddır. Kanadanın Kvebek əlayətində yerləşən Monreal şəhərində ikinci bir studiya açılmışdır.

Bethesda Game Studios
Ümumi məlumatlar
TipiDiviziya
SənayeVideooyun sənayesi
MəhsuluVideooyunlar
Təsis tarixi2001 (23 il əvvəl) (2001)
Baş qərargahın yeri
Struktur
İşçi sayı180 (2017)[1]
Ana şirkətZeniMax Media
bgs.bethsoft.com

Tarix

"Bethesda Game Studios" 2001-ci ildə qurulmuşdur. 2002-ci ildə, "Bethesda Softworks" və "Bethesda Game Studios" nəşr edən və hazırlayan olaraq iki ayrı şirkət olanda "Bethesda Softworks"dakı bütün inkişafçılar "Bethesda Game Studios"a köçmüşdür. Keçmişdə bütün oyunlar "Softworks" diviziyası tərəfindən nəşr edilmişdir. "The Elder Scrolls IV: Oblivion" PlayStation 3 üçün satışa çıxarılandan sonra "Bethesda Softworks", "Bethesda Game Studios"un bütün oyunlarını nəşr etməyə başlamışdır.

2000-ci illərin ortalarında "Bethesda Game Studios"un iki komandası var idi — rol videooyunları hazırlayan və "International Hot Rod Association" üçün dreq-reysinq oyunları hazırlayan.

9 dekabr 2015 tarixində Monreal şəhərində "Bethesda" tərəfindən yeni bir studiya yaradılmışdır. Studiya "Behaviour Interactive"in keçmiş rəhbəri İv Laşans tərəfindən idarə olunur.[4]

Videooyunlar

"Bethesda Game Studios" yaradıldığı tarixdən bəri əsasən "Fallout" və "The Elder Scrolls" kimi rol videooyunları üzrə işləmişdir.[5][6]

2015-ci ildə "Fallout Shelter" adlı bir simulyasıya oyununun satışa çıxarılmasıyla, studiya mobil videooyunu marketinə daxil olmuşdur. Oyun 2016-cı ilin ortalarında 50 milyona qədər oyunçu əldə etmişdir. 2017-ci ilin fevral ayında Todd Hovard "Fallout Shelter"in müvəffəqiyyətindən sonra yeni bir mobil oyunu hazırladıqlarını açıqlamışdır.[7]

2016-cı ildə Todd Hovard "The Elder Scrolls 6" və daha iki yeni layihə üzərində işlədiklərini açıqlamışdır. Bu layihələr böyük ehtimalla yeni "Elder Scrolls" oyunundan əvvəl satışa çıxarılacaq.[8] 30 may 2018-ci il tarixində "Fallout 76"-nın elan treyleri buraxılmışdır.[9]

İlAdJanr(lar)Platforma(lar)
2002The Elder Scrolls III: MorrowindDöyüş rol oyunuMicrosoft Windows, Xbox
2004IHRA Professional Drag Racing 2005YarışPlayStation 2, Xbox
2006The Elder Scrolls IV: OblivionDöyüş rol oyunuMicrosoft Windows, PlayStation 3, Xbox 360
2008Fallout 3
2011The Elder Scrolls V: Skyrim
2015Fallout ShelterSimulyasiyaiOS, Android, Microsoft Windows, Xbox One
Fallout 4Döyüş rol oyunuMicrosoft Windows, PlayStation 4, Xbox One
2016The Elder Scrolls V: Skyrim – Special Edition
2017Fallout 4 VRMicrosoft Windows
2018Fallout 76Onlayn çoxnəfərli, öyüş rol oyunuMicrosoft Windows, PlayStation 4, Xbox One

Genişləndirmə paketləri

İlAdOrijinal oyunPlatforma(lar)
2002TribunalThe Elder Scrolls III: MorrowindMicrosoft Windows
2003Bloodmoon
2006Knights of the NineThe Elder Scrolls IV: OblivionMicrosoft Windows, PlayStation 3, Xbox 360
2007Shivering Isles
2009Operation: AnchorageFallout 3
The Pitt
Broken Steel
Point Lookout
Mothership Zeta
2012DawnguardThe Elder Scrolls V: Skyrim
Hearthfire
Dragonborn
2016AutomatronFallout 4Microsoft Windows, PlayStation 4, Xbox One
Wasteland Workshop
Far Harbor
Contraptions Workshop
Vault-Tec Workshop
Nuka-World

Mükafatlar

  • 2011 — Spayk videooyun mükafatları, İlin Studiyası.[10]
  • 2015 — The Game Awards, İlin İnkişafçısı (nominasiya)[11]
  • 2016 — İnteraktiv İncəsənət İşləri və Elmlər Akademiyası Şöhrət Zalı - Todd Hovard[12]

Həmçinin bax

İstinadlar

Xarici keçidlər