Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı

Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (ing. United Nations Environment Programme) — Birləşmiş Millətlər Təşkilatının qurumlarından biri. Ətraf mühitlə bağlı fəaliyyətlərini əlaqələndirir, inkişaf etməkdə olan ölkələrdə ekoloji təmiz siyasət və praktikaların həyata keçirilməsində kömək edir.

Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı
UN Environment
ing. United Nations Environment Programme
Loqonun şəkli
NövüProqram
Yaranma tarixi5 iyun, 1972
MərkəziNayrobi, Keniya
SədrDanimarka Danimarka Inger Andersen
unenvironment.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

BMTƏMP-nın əsası 1972-ci il iyun ayının 5-də Keniyanın Nayrobi şəhərində qoyulmuşdur. Birləşmiş Millətlər Təşkilatının İnsan və Ətraf Mühit Konfransının nəticələrinə əsasən təsis edilmişdir.[1]

İcraçı direktorların siyahısı

#ŞəkilAd
(Doğum-vəfat tarixi)'
MilliyyətiVəzifəyə başlayıbVəzifəsini tərk edib
1 Mauris Stronq[2]
(1929–2015)
Kanada19721975
2 Mustafa Kamal Tolba
(1922–2016)
Misir19751992
3 Elizabet Daudesvell
(doğum tarixi 1944)
Kanada19921998
4 Klaus Töpfer
(doğum tarixi 1938)
Almaniya19982006
5 Achim Stayner
(doğum tarixi 1961)
Braziliya Almaniya20062016
6 Erik Solheym
(doğum tarixi 1955)
Norveç20162018
7Joyce Msuya
(representatively)
Tanzaniya20182019
8 Inger Andersen
Danimarka2019Hazırkı

Strukturu

BMTƏMP-nın tərkibinə yeddi əsas bölmə daxildir:

  • Erkən Xəbərdarlıq və Qiymətləndirmə / ing. Qlobal Ekoloji Mexanizmi Koordinasiya; DGEF
  • Ətraf Mühit Siyasəti Tətbiqi / ing. Environmental Policy Implementation; DEPI
  • Texnologiya, Sənaye və İqtisadiyyat / ing. Technology, Industry and Economics; DTIE
  • Regional Əməkdaşlıq / ing. Regional Cooperation; DRC
  • Ekoloji Hüquq və Konvensiyalar / ing. Environmental Law and Conventions; DELC
  • Kommunikasiya və İctimai Məlumatlar / ing. Communications and Public Information; DCPI
  • Qlobal Ekoloji Mexanizmi Koordinasiya / ing. Global Environment Facility Coordination; DGEF

Fəaliyyətləri

BMTƏMP-nın əsas fəaliyyətlərinə aşağıdakılar daxildir:[3]

  • İqlim dəyişikliyi;
  • fəlakətlər və münaqişələr;
  • ekosistem idarəçiliyi;
  • ekoloji idarəetmə;
  • ətraf mühitin nəzərdən keçirilməsi;
  • zərərli maddələr;
  • resurslardan səmərəsli istifadə.

İstinadlar