Biz qayıdacağıq

(Biz qayıdacağıq (film, 2007) səhifəsindən istiqamətləndirilmişdir)

Biz qayıdacağıq — Rejissor Elxan Qasımov tərəfindən 2007-ci ildə ekranlaşdırılmış tammetrajlı bədii film. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir.

Biz qayıdacağıq
Janrdram
uşaq
RejissorElxan Qasımov
ProdüserXamis Muradov
Ssenari müəllifiNatiq Rəsulzadə[1]
Baş rollardaAyan Mirqasımova
Pərvaz İbrahimli
OperatorRafiq Əliyev
BəstəkarRauf Əliyev
RəssamlarRafiz İsmayılov
Rafiq Nəsirov
İstehsalçı"Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi21 noyabr 2007, Bakı, "Azərbaycanfilm" Kinostudiyası
23 noyabr 2007, Bakı, "Azərbaycan" kinoteatrı
Filmin növütammetrajlı bədii film
Müddət82 dəq.
ÖlkələrAzərbaycan Azərbaycan
Dilazərbaycanca
İl2007
Rəngrəngli
IMDbID1314720

16 dekabr 2007-ci ildə Azərbaycan Televiziyasında yenicə ekranlara çıxmış "Biz qayıdacağıq" filmindən bəhs edən rejissoru Sənan Sultanov, ssenari müəllifi Sevda Ağazadə, operatoru Hüseynəli Bayramov olan 26 dəqiqəlik veriliş yayımlanıb. Verilişdə "Azərbaycanfilm" kinostudiyasında filmin ilk baxışının keçirilməsi əks etdirilir.

Məzmun

Filmdə Qarabağ müharibəsi bir uşağın dili ilə canlandırılır. Müharibənin bütün dəhşətləri bu balaca oğlanın gözü qarşısında baş verib. Onu öz torpağına qayıtmaq arzusundan heç bir güc döndərə bilməz.[2]

Azərbaycan torpaqlarının işğalı, Xocalı faciəsi, ermənilərin törətdiyi qətliamlar, Qarabağ müharibəsinin faciəvi nəticələri, qaçqın-köçkün taleyinin çətin məqamları filmin süjet xəttinin əsasında dayanıb. Erkən yaşlarında doğmalarını itirən Zakir Qasımovun (Pərvaz İbrahimli) payına isə bu müharibədən həyatın boz üzü və xatirələrin acısı düşüb.[3]

Filmin qəhrəmanının atası Xocalı soyqırımı zamanı həlak olmuşdur. Gözəl səsi olan bu gənc Musiqi Akademiyasına getməyə hazırlaşsa da, fikrini dəyişir və Hərbi Akademiyaya oxumağa gedir.[4]

Rollarda

Ayan Mirqasımova — Nərgiz
Pərvaz İbrahimli — Zakir[5]
Ömür Nağıyev — Xocalı qaçqını Nağıyev
İlham Əsgərov — müəllim
Mirzə Ağayev — Zakirin babası
Kamil Ağazadə — Zakirin qardaşı
Firuz Xudaverdiyev — Çəkməçi
Sevil Xəlilova — Qaçqın qadın
Filmi səsləndirənlər:
Hüsniyyə Mürvətova — Nərgiz (Ayan Mirqasımova) (titrlərdə yoxdur)
Rasim Balayev -müəllim — (İlham Əsgərov) (titrlərdə yoxdur)
Ramiz Əzizbəyli — Çəkməçi (Firuz Xudaverdiyev) (titrlərdə yoxdur)
Laləzar Mustafayeva — Qaçqın qadın (Sevil Xəlilova) (titrlərdə yoxdur)

İstinadlar

Xarici keçidlər